İran və dünyanın altı qüdrətli ölkəsi arasında danışıqların yeni raundu başlayıb.
Vyanada müzakirələr Avropa İttfifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında görüşdən sonra keçirilib. Ketrin Eştonun sözçüsü görüşün konstkruktiv şəraitdə keçdiyini deyib.
Bundan sonra İran və dünyanın altı qüdrətli ölkələnin nümayəndə heyətləri tam tərkibdə danışıqlara başlayıb. Müzakirələrin çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.
Danışıqların Ukrayna hadisələri ilə birbaşa əlaqəsi olmasa da, onların uğuru İranın nüvə proqramının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutan daha ciddi razılaşmanın əldə edilməsi məsələsində Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında həmrəylikdən asılı olacaq.
Danışıqların gedişini izləyən ekspertlər deyir ki, Rusiya Qərblə əməkdaşlığın zəiflədiyini göstərsə, daha ciddi güzəştlərə getmək üçün İrana təzyiq göstərmək çətin olacaq.
Qərb İranın uran zənginləşdirilməsi proqramını nüvə silahı istehsal etmək məqsədilə inkişaf etdirdiyindən şübhələnir. Tehran bu iddiaları rədd edir.