Accessibility links

Nüvə danışıqları: ABŞ yoxsa İrana daha sərt mövqe ortaya qoyur? [Təhlil]


Nüvə danışıqları: ABŞ yoxsa İran daha sərt mövqedən çıxış edir?
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Nüvə danışıqları: ABŞ yoxsa İran daha sərt mövqedən çıxış edir?

Nə Vaşinqton, nə də Tehran danışıqlar müddətinin uzadılmasının tərəfdarı deyil

İranın nüvə müzakirəçilərinə son sazişin əsas strukturunu qəbul etmək üçün verilən son müddət yaxınlaşdığı bir vaxt, həm ABŞ və həm də İran danışıqların müddətinin yenidən artırılmasına isti yanaşmadığı bildirir. Ancaq ABŞ, yoxsa İranın son razılıq istiqamətində daha sərt mövqe göstərməsinə dair debatlar davam edir.

İranla nüvə danışıqlarında iştirak edən qüdrətli dövlətlər Qərbin Tehranın nüvə silahı əldə edə bilməsinə dair narahatlıqlarına və İranın sanksiyaların azaldılması istəyinə cavab verən razılığı təminat altına almağa çalışır. Ancaq nə ABŞ, nə də İran danışıqların iyulun 1-dən sonra uzadılmasını istəyir.

Prezident Barak Obama Almaniya kansleri Angela Merkellə görüşündə bunu açıq şəkildə bildirib: “Əgər onlar çərçivə formulu ilə razılaşmasa prosesin uzadılacağını düşünmürəm. Çünki bu, dünya üçün əsas məqamdır. Dünya onların nüvə silahı əldə edə bilməməsinə əmin olmaq istəyir”.

Bu ay Almaniyada təhlükəsizlik konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif daha sərt danışaraq bildirmişdi ki, hətta heç bir razılıq əldə olunmasa belə, bu, dünyanın sonu olmayacaq.

“Düşünürəm ki, növbəti uzatma heç kimin marağında deyil. Hətta biz hazırki uzadılmanın da yararlı olacağını düşünmürdük” - deyə cənab Zərif bildirib.

Ancaq nüvə siyasəti təhlilçisi Ceyms Akton deyir ki, bu sərt mövqe strategiya ola bilər.

Aktonun sözlərinə görə, strategiyanın özünün qüsurları olur.

Silahsızlaşdırma mütəxəssisi Kelsi Davenport isə deyir ki, ABŞ və İran yerli təzyiqləri nəzərə alaraq son müddətədək bu razılığı həll etmək istəyir: “ABŞ-da belə bir düşüncə var ki, İran vaxt qazanmağa çalışır, onlar razılıqda ciddi deyil, ola bilsin ki, üstüörtülü nüvə silahları proqramını davam etdirirlər. Ona görə də, fikrimcə, hər iki tərəf anlayır ki, tənqidçilər hərəkətə keçməmiş razılığın əldə olunmasına ehtiyac var.”

Danışıqlarda problemli məqamlardan biri uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlıdır. Qərb müzakirəçiləri İranın nüvə obyektlərini nüvə silahı üçün istifadə etməməsini təmin edən saziş istəyir.

Onlar bu məsələ ilə bağlı razılığı əldə etməyə çalışdığı bir vaxt İran sanksiyaların dərhal azaldılması çağırışlarını artırır.

Ancaq Akton deyir ki, danışıqlar iflasa uğrasa hər iki tərəf ciddi itki ilə üzləşəcək: “İran uduzacaq, çünki sanksiyalar azaldılmayacaq və hərbi müdaxilə riski gündümə gələ bilər. 5+1 qrupu da uduzacaq. Çünki İran nüvə proqramına şamil edilən məhdudiyyətlərdən azad olacaq”.

Akton deyir ki, diplomatik həll heç də ən yaxşı variant olmasa da, ən münasibidir.

XS
SM
MD
LG