İranla nüvə sazişinin qalan üzvləri Vyanada bir araya gələcəklər. Bu qərar BMT-nin İrana yenidən tətbiq edəcəyi sanksiyalar səbəbi ilə Almaniya, Fransa və Böyük Britaniyanın münaqişənin həlli yollarına dair müzakirələrindən sonra verilib.
Danışıqlar 2015-ci ildə tərəflər arasında imzalanmış sazişi bərpa etmək üçün aparılır. Belə ki, 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın birtərəfli qaydada sözügedən müqavilədən çıxmış və İrana qarşı sanksiyalar tətbiq etmişdi.
Görüşdə İran, İngiltərə, Fransa, Almaniya, Çin, Rusiya və Avropa İttifaqının yüksək səviyyəli diplomatları iştirak edəcək.
Onlar Vaşinqtonun dəstəyi olmadan belə sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə silahını inkişaf etdirmə proqramını azaltmağa razı olduğunu təsdiqləyən razılaşmanı dəstəkləyəcəklərini vəd ediblər.
ABŞ-ın sazişdən çıxması ilə İran Vaşinqtonun “maksimum təzyiq” kampaniyasına qarşı öz proqramını gücləndirmişdi.
Bu, yüz faiz olmasa da, eskalasiyanı dayandırmaq üçün bir şansdır" - deyə, Vyanadakı Rusiya səfirliyi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Twitterdəki sözlərinə istinad edib.
İran o vaxtdan bəri əsas məhdudiyyətləri pozaraq, icazə verilən ağır su və uranın ehtiyatlarını artırmış, uranı zənginləşdirmək üçün işləyə biləcəyi sentrifuqaların sayını və uranın saflığını aşmışdır.
Nəticədə, yanvar ayının ortalarında üç Avropa ölkəsi uyğunluğun azaldılmasını əsas gətirərək mübahisə mexanizmini razılaşdırmaqdan başqa bir seçim olmadığını söyləmişdi.
BMT sanksiyalarının dayandırılması bir neçə mərhələdən ibarətdir, onlardan sonuncusu BMT-nin Təhlükəsizlik Şurasını xəbərdar etməkdir. Təhlükəsizlik Şurası sanksiyaların aradan qaldırılması lehinə səs verməsə, məhdudlaşdırıcı tədbirlər 30 gündən sonra avtomatik olaraq bərpa ediləcək.
Tramp müqaviləni “ölümcül qüsurlu" olduğunu bildirmişdi. Buna səbəb Tehranın ballistik raket proqramını məhdudlaşdırmaq və ya Yaxın Şərqdəki terrorçu qruplara verdiyi dəstəklə bağlı maddələrin sövdələşmədə yer almamasıdır.
İran nüvə proqramının yalnız mülki məqsədlər üçün olduğunu və Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) ölkəyə enerji istehsal etmək üçün reaktorların işə salınmasına imkan verdiyini israr edir.