Accessibility links

İranda partilərdə iştirak edən 230 gənc həbs edilib


İranlı müştərilər Yalda bayramı üçün şirniyyat alarkən.

İran rəsmiləri paytaxt Tehranda keçirilən və spirtli içkilərin təklif edildiyi partilərdə iştirak edən 230 gənc kişi və qadını həbs edib. Bu məlumatı ISNA xəbər agentliyi yayıb.

ISNA-nın müxbiri cümə günü bildirib ki, gənclər alkoqol içdikləri və hər iki cinsin iştirak etdiyi partidə rəqs etdikləri üçün həbs ediliblər.

İranda alkoqol içmək və bir-biri ilə əlaqəli olmayan kişi və qadınların eyni əyləncə məclislərində iştirak etməsi qadağandır.

Verilən məlumata görə, Tehranın şimalında keçirilən partidə ifa edən iki müğənni də həbs edilib. O cümlədən, spirtli içiklərin və narkotik maddələrin müsadirə edildiyi bildirilir.

Polis ilin ən qısa gününü qeyd etmək məqsədilə keçirilən parti haqqında məlumatı Instagram-da yerləşdirilən elan vasitəsilə əldə edib.

İlin ən qısa günü İranda ənənəvi bayram kimi qeyd edilir və Yalda adlanır.

XS
SM
MD
LG