Accessibility links

İranda nümayiş zamanı həbs edilmiş Faizə Rəfsəncani azad edilib(YENİLƏNİB)


İranda nümayiş zamanı həbs edilmiş Faizə Rəfsəncani azad edilib(YENİLƏNİB)
İranda nümayiş zamanı həbs edilmiş Faizə Rəfsəncani azad edilib(YENİLƏNİB)

İRNA agentliyi İran rəsmilərinin müxalifətin mitinqində iştirak etdiyinə görə keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızını həbs etdiyi haqda məlumat yayıb. İRNA Faizə Haşiminin kəskin bəyanatlar verdiyi və təhrikedici şüarlar bağırdığı zaman həbs edildiyini bildirib. Onun həbs edildiyini haqda əvvəl məlumat vermiş Fars xəbər agentliyi isə Faizə Rəfsəncaninin alış-verilşlə əlaqədar küçədə olduğunu deməsindən sonra azad edildiyini bildirir. İranın yaşıl hərəkatı bu gün nümayişlərə çağırıb. Müxalifətin veb səhifələrində verilmiş məlumatlarda deyilir ki, Tehranın meydanları və küçələrində bir sıra etiraz aksiyaları keçirilir.

XS
SM
MD
LG