Sentyabrın 2-də İran və beş dünya gücündən ibarət qrup arasında aparılan danışıqlara rəhbərlik edən Avropa İttifaqı rəsmisi iştirakçıların sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran 2015-ci il nüvə razılığını qüvvədə saxlamağa sadiq olduqlarını deyib.
Helqa Şmid tvit edərək bildirib ki, Vyanadakı görüşdən sonra "iştirakçılar İranDeal-i qorumaq və mövcud problemlərə baxmayaraq, razılğın həyata keçirilməsini təmin etmək üçün bir araya gəlmişdilər.
“Tərəflər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təsdiqləndiyi 2231 saylı qətnaməsində bunun qlobal nüvə silahlarının yayılmaması memarlığının əsas elementi olduğunu nəzərə alaraq, razılaşmanın qorunmasının vacibliyini təsdiqlədilər" - deyə, Şmid daha sonra verdiyi açıqlamada bildirib.
Birləşmiş Ştatların 2018-ci ildə İranla dünya qüdrətli arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması və Vaşinqtonun İranın neft ticarətinə əhəmiyyətli dərəcədə zərər vuran sanksiyaları bərpa etməsi iki ölkə arasında gərginliklərin artmasına gətirib çıxarıb.
Razılığa imza atan digər dünya qüdrətləri - Rusiya, Çin, Britaniya, Fransa və Almaniya ona sadiq qalaraq, razılaşmanın Beynəlxalq Atom Enerjisi Agentliyinin təftişlərinin davam etdirilməsi və İranın nüvə silahları istehsalından çəkindirilməsi üçün əhəmiyyətli olduğunu bəyan edir.
İran nüvə silahı istehsal etdiyinə dair iddiaları rədd edərək, razılıqdan imtina etmək üçün atdığı addımlardan geri çəkilməyə hazır olduğunu bildirir.
Görüşdən sonra müxbirlərlə danışan Çin nümayəndəsi Fu Konq İranı bütün şərtlərə tam əməl etməyə çağırıb. O, eyni zamanda İranın iqtisadiyyatına fayda verəcək hər şeylə təmin ediləcəyini deyib.
BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsində iştirakçıların uyğunsuzluğu həll etmək mexanizmləri yer alır.
ABŞ İran rejiminin nüvə fəaliyyətlərini genişləndirməsinə mane olmaq üçün maksimum iqtisadi və diplomatik təzyiq kampaniyasını artırıb. Dövlət katibi Mayk Pompeo bu yaxınlarda bu istiqamətdə atılacaq adıımları açıqlayıb.
İlk növbədə Amerika İranın nüvə proqramı ilə əlaqəli 3 layihəsinə qarşı sanksiyaların ləğvi ilə onların 60 gün ərzində dayandırılacağını və bu müddət ərzində təşkilatların bu layihələrdə iştirakının qarşısının alınacağını bildirib.
Bu, İran alimlərinin uran zənginləşdirilməsi ilə məşğul olduğu Arak reaktoruna aiddir.
Sanksiyaların ləğvi ilə 2018-ci ildə ABŞ-ın tərk etdiyi 2015-ci nüvə sazişinin şərtləri əsasında layihələrin ABŞ sanskiyalarından azad şəkildə fəaliyyətinin davam etdirilməsinə imkan yaratmışdı.
İkincisi, ABŞ uran zənginləşdirilməsi ilə bağlı iki iranlı- Əmcad Sazqara və Məcid Ağaiyə qarşı sanksiya tətbiq edib.
Üçüncüsü, Vaşinqton İran İslam Respublikasının daşınma yollarına qarşı (IRISL) İcra Əmrinin 13382 maddəsi altında sanksiya qoyub.
Şmidin bəyanatında deyilib ki, ABŞ-ın nüvə razılığından geri çəkilməsi və 2018-ci ilin may ayından bununla bağlı heç bir fəaliyyət görtərməməsi ilə razılığı imzalayanlar hesab edir ki, Amerika iştirakçı tərəf kimi qəbul edilmir və beləliklə, BMT-nin sanksiyalar prosesini bərpa etməsi ilə bağlı təşəbbüs irəli sürə bilməz.
ABŞ isə razılığın ilk iştirakçısı kimi təcili sanksiyaların qəbulu ilə bağlı haqqını qoruyub saxladığını deyir.
Müzakirələrin iştirakçıları İranın ötən həftə BMT-nin Nüvə Enerjisi Agentliyinə iki nüvə obyektinin təştişinə icazə verməsini alqışlayıb. İran 2000-ci illərin əvvəllərindən bu kimi təftişlərə icazə vermirdi.