Accessibility links

18 iranlı və Tehranın ballistik raket və nüvə proqramını dəstəkləyən qruplara qarşı sansksiyalar tətbiq edilib


ABŞ 18 iranlı və Tehranın ballistik raket və nüvə proqramını dəstəkləyən qruplara qarşı sansksiyalar tətbiq edib.

Baxmayaraq bir gün əvvəl İranın 2015-ci ildə əldə olunan nüvə razılığına əməl etdiyini təsdiq edilib. Prezident Donald Tramp dəfələrlə bu razılığı “ən pis razılıq” adlandırıb.

ABŞ qanununa əsasən, Dövlət Departamenti hər 90 gündən bir Konqresə İranın razılığa riayət edib-etməməsi ilə bağlı məlumat verməlidir.

Razılığın əldə olunmasında böyük rol oynayan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu tarixi razılığın ikinci ildönümündə Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreslə görüşüb.

Dövlət Departamenti bildirib ki, İran Yaxın Şərqdə regional sabitlik, təhlükəsizlik və rifah halına hədə törədən əməllərini davam etdirir.

Sanksiyalara əsasən hədəf alınan şəxslərin ABŞ-dakı hesablarının dondurulması ilə yanaşı, Amerika ilə biznes fəaliyyətləri qadağan edilir.

Dövlət Departamentinin sanksiya tətbiq etdiyi şəxslər arasında İranın elitar İnqilab Qvardiyasının iki qrupu da var.

Bundan əlavə ABŞ-ın Maliyyə nazirliyi 7 şirkət və 5 şəxsi İranın ölkə daxilindəki terror şəbəkələri dəstəklədiklərinə görə sanksiyalara məruz qoyub.

Sanksiyalarla yanaşı ABŞ İranı həbsdə saxladığı 3 amerikalını azad etməyə çağırıb.

XS
SM
MD
LG