Accessibility links

Ruhani: ABŞ hədələrə davam etsə, nüvə proqramını bərpa edəcəyik


İran prezidenti Həsən Ruhani çərşənbə axşamı bildirib ki, onun ölkəsi 2015-ci ildə əldə edilmiş beynəlxalq razılaşmanın şərtlərinə sadiq qalmaq niyyətindədir. Lakin ABŞ “hədə və sanksiyalarına” davam etdiyi halda İran nüvə proqramlarını bərpa edərək, razılaşmadan əvvəlki vaxtlardan daha sürətli templə həyata keçirəcək.

İran bu ayın əvvəli ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı tətbiq ediləcək sanskiyanın imzalamasına etiraz edir. Bu sanksiyalar İranın ballistik raket proqramının icrasına cəlb edilmiş insanları hədəfləyir.

Hər iki ölkə digərinin addımlarını nüvə razılaşmasının müddəalarını pozmaqda ittiham edir.

Prezident Ruhani televiziya ilə canlı yayımlanan parlament çıxışında bildirib ki, yeni sanksiyalara cavab veriləcək.

2015-ci il nüvə razılaşması İran, ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya arasında uzun sürən danışıqların nəticəsində əldə edilmişdi. Danışıqların yekununda İran öz nüvə proqramını məhdudlaşdırmağa, digər ölkələr isə İrana qarşı tətbiq edilən sanksiyaları qaldırmağa razılaşmışdılar.

Əldə edilən razılaşmada raket sınaqlarına qeyd edilməməsinə baxmayaraq, ABŞ bu sınaqların keçirilməsinə etiraz edir. BMT-nin qətnaməsində İranın bu cür sınaqların keçirilməsindən cəkinməli olduğu yazılsa da, qadağa yoxdur.

XS
SM
MD
LG