Accessibility links

Körfəz Əməkdaşlıq Şurası İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını istəyir


Altı üzvdən ibarət Körfəz Əməkdaşlıq Şurası (GCC) Birləşmiş Millətlər Təşkilatından İrana qarşı beynəlxalq silah embarqosunun müddətinin uzadılmasını istəyib.

Bəhreyn, Küveyt, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ibarət qurumun katibliyi bazar günü verdiyi açıqlamada İranın qonşu ölkələrə müdaxiləsinin davam etməsi ilə embarqonun müddətinin uzadlmasının zəruri olduğunu bildirib.

İrana silah embarqosu Vaşinqtonun 2018-ci ildə çıxdığı 2015-ci il nüvə anlaşmasına əsasən oktyabrın 18-də başa çatacaq.

Birləşmiş Millətlər Təşkilatına ünvanlanan məktubdakı tələb Körfəz Əməkdaşlıq Şurasının birlik nümayişidir.

2017-ci ilin ortalarında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir terroru dəstəklədiyi və İrana rahatlıq verməsi ittihamları ilə Qətərlə siyasi, ticarət və nəqliyyat əlaqələrini kəsib. Qətər ittihamları rədd edir.

"İran bölgədəki sabitsizləşdiri fəaliyyətindən əl çəkməyincə, terrorçu və təriqət təşkilatlarını silahla təmin etməyi dayandırmayınca İrana qarşı silah embarqosunu qaldırmaq yersizdir" - deyə, qurumun Gbaş katibi Nayef Fəh Mübarak əl-Həcrəfin bildirib.

Birləşmiş Ştatlar embarqonun müddətini uzatmaqda uğursuz olsa, BMT-ın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaların 2015-ci il müqaviləsində razılaşdırılmış bir müddətdə geri qaytarılması ilə təhdid edib.

ABŞ-ın hazırladığı qətnamədə Moskva və Pekinin vetosuna mane olmaq üçün azı doqquz səsə ehtiyacı var. Bəzi diplomatlar Vaşinqtonun hətta bu doqquz səsi təmin edə biləcəyinə şübhə ilə yanaşır.

XS
SM
MD
LG