İran İslam İnqilabı Qvardiyasının Qüds qüvvələrinin Suriyaya qeyri-hərbi yardım göstərdiyini və yaxın müttəfiqi olduğu bu ölkəyə xaricdən hücum edilsə hərbi ölçülərə əl atılacağını bildirir.
Qvardiya komandiri Məhəmməd Əli Cəfərinin bəyanatında deyilir ki, İran Suriyada ilk dəfə hərbi mövcudluğa malikdir.
Cəfəriyə istinad edən İran mətbuatı bildirib ki, Qüds qüvvələrinin nümayəndələri artıq Suriyadadır. Lakin neçə nəfərin “kəşfiyyat və məsləhət” missiyasında iştirak etdiyi bəlli deyil.
Qüds qüvvələri İran ideologiyasının təbliği məqsədi ilə təsis edilib.