İran Suriyaya dair sülh danışıqlarına dəvət ediləndən sonra iştirakçılardan bəzilərinin buna məyus olmasının fonunda BMT baş katibi Ban Ki Mun təcili şəkildə öz variantlarını nəzərdən keçirir.
BMT sözçüsü Martin Nesirki jurnalistlərə açıqlamasında bildirib ki, İran verdiyi vədlərə baxmayaraq məyusedici bəyanatla çıxış edərək Tehranın bu həftə İsveçrədə keçiriləcək sülh danışıqlarının şərtlərini qəbul etmədiyini bəyan edib.
Bəzi ABŞ rəsmiləri bu gün deyib ki, İran Suriyada keçid hökumətinə dair şərti tam dəstəkləməyənədək dəvət geri götürülməlidir.
Suriyanın Qərbin dəstəklədiyi müxalifəti razılaşıb ki, İran Qrinviç saatı ilə 19:00-dək qoşunlarını və hərbi qruplaşmalarını Suriyadan çıxarmalıdır və yalnız bundan sonra BMT onlara dəvət göndərə bilər.
Cənab Ban Ki Mun İranı sülh konfransına dəvət edəndən sonra Suriya Milli Koalisiyasının danışıqlarda iştirak fikrindən daşına biləcəyini açıqlamışdı.
---------------------------------------------------------------
Birləşmiş Millətlər Təşkilatı rəsmi olaraq İranı Suriya sülh danışıqlarında iştirak etmək üçün İsveçrəyə dəvət edib.
BMT baş katibi Ban Ki Mun jurnalistlərə müsahibəsində bildirib ki, Suriya məsələsində İranın rolu əhəmiyyətlidir. İranın xarici işlər naziri Cavad Zərif baş katibi əmin edib ki, İran danışıqların baza prinsiplərini anlayır.
İranın ən yaxın müttəfiqi olan Bəşar Əl-Əsədin müvəqqəti hökumətdən kənarda qalması nəzərdə tutulduğuna görə, İran uzun müddət 2012-ci il beynəlxalq sülh konfransının məramlarına qarşı çıxmışdı.
Suriyanın əsas müxalifət qüvvəsi Suriya Milli Koalisiyası İranın danışıqlarda iştirakına qarşıdır və bildirib ki, cənab Ban Ki Mun İranın dəvətini geri götürməzsə müzakirələrə qatılmayacaq.
Cənab Ban Ki Mun həmçinin Suriyada vətandaş müharibəsini yaxından izləyən doqquz ölkəni danışıqlarda iştirak etmək üçün dəvət edib. O bildirib ki, onların iştirakı həmrəyliyi nümayiş etdirəcək.
Suriyanın müttəfiqi Rusiya da İranın danışıqlarda rol almasını dəstəkləyir.
Suriya rəsmiləri deyib ki, cənab Əsədın hakimiyyətdən getməsi müzakirə mövzusu ola bilməz. Təhlilçilərin çoxu danışıqların baş tutacağına inanmır. Ancaq onlar müzakirələrin humanitar yardımın ölkəyə girişini asanlaşdıracağını və sülhün Suriya vətandaşlarının həyatına yaxşı təsir edəcəyinə ümid edirlər.