Accessibility links

Tramp İran obyektlərinə zərbə endirməyə hazır olduğunu, lakin tələsmədiyini bildirib


ABŞ dronunun vurulmasına cavab olaraq Tramp İranın 3 obyektinə zərbə endirmək üçün hava qalxdığını, lakin iranlıların həyatlarının xilası naminə əməliyyatı geri çağırdığını deyib.

Bunu ABŞ prezidenti Donald Tramp sosial mediada paylaşıb.

“Biz ötən gecə İranın 3 obyektinə zərbəyə hazır idik. Lakin mən nə qədər insanın öləcəyini soruşdum. General 150 adam dedi. Əməliyyata 10 dəqiqə qalmış mən onu dayandırdım” , Tramp tvit edib.

“Mən tələsmirəm. Ordumuz yenidən qurulub, təzə və dünyada ən hazırlıqlıdır” - deyə, Tramp əlavə edib.

ABŞ-ın Milli Təhlükəsizlik Xidməti prezident Trampın İrana hərbi zərbə endirilməsini təsdiq etdiyinə dair şərh verməkdən imtina edirdi. Lakin media məlumatında naməlum səbəblərə görə əməliyyatın geri çəkildiyi bildirilirdi.

Bu arada Rusiya mətbuatında da İran hökumətinin Trampın hücumuna dair məlumatlar aldığına dair xəbərlər yayılıb. İran hər bir hücuma cavab veriləcəyi ilə hədələyib.

İran dövlət televiziyası cümə axşamı Hörmüz körfəzinin cənub bölgələrində ABŞ-ın hərbi dronunu vuran iran raketinin buraxılmasının video görüntülərini yayıb.

Videogörüntü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Twitterdə dronun “gözə görünməyən rejimdə Səudiyyə Ərəbistanından göyə qalxdığını və İranın hava sərhədlərini pozduğunu” tvitt etməsində sonra yayımlanıb.

Tehran bilirib ki, Amerikanın İranın hava sərhədlərini pozan "Global Hawk" pilotsuz aparatı onun ərazisi üzərində casusluq missiyası yerinə yetirib, lakin Vaşinqton dronun beynəlxalq hava məkanında vurulduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG