Accessibility links

İran Türkmənistandan təbii qaz idxalını artırır


İran Türkmənistandan təbii qaz idxalını artırır
İran Türkmənistandan təbii qaz idxalını artırır

İranın neft nazirinin müavini Cavad Ouyi deyib ki, yeni müqaviləyə əsasən, qaz idxalı bu ilin sonuna qədər gündə 40 milyon kub metrə çatdırılacaq.

Iran qonşu Türkmənistandan təbii qaz idxalını 40 faizə qədər artırmağı planlaşdırdığını bildirib.

İranın neft nazirinin müavini Cavad Ouyi deyib ki, yeni müqaviləyə əsasən, qaz idxalı bu ilin sonuna qədər gündə 40 milyon kub metrə çatdırılacaq.

Dünyanın ən böyük qaz yataqlarına malik olmasına baxmayaraq, İran hazırda Türkmənistandan 25 milyon kub metr qaz idxal edir.

Türkmənistan Rusiya keçən il ölkədən alınan qazın həcmini azaltdıqdan sonra qazını ixrac etmək üçün yeni bazarlar axtarır.

XS
SM
MD
LG