Accessibility links

Zərif nüvə danışıqlarını davam etdirmək üçün Vyanaya qayıdıb


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünyanın altı qüdrətli dövləti ilə Tehranın nüvə proqramını müzakirə etmək üçün Vyanaya qayıdıb. Tərəflər iyunun 30-u son möhlət bitənə qədər hərtərəfli razılığın əldə edilməsinə çalışır.

Zərif ölkə rəsmilərlə məsləhətləşmək üçün bazar günü İrana dönmüşdü. O, Vyanaya İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi və prezident Həsən Ruhaninin məsləhətçisi və qardaşı Hüseyin Firudinlə birlikdə qayıdıb.

Nümayəndə heyətləri razılıq əldə etmək üçün çərşənbə axşamınadək vaxt qoyub. Lakin tərəfləri təmsil edən rəsmilər müzakirələrin daha çox vaxt alacağını ehtimal etdiklərini deyib.

Nümayəndə heyətləri danışıqların təfərrüatı ilə bağlı məlumat verməyə meylli olmasa da, danışıqlarda əsas məsələlərin müfəttişlərin İranın nüvə obyektlərinə buraxılması və İrana qarşı hansı sanksiyaların aradan qaldırılması olduğu deyilir.

Bununla yanaşı, ABŞ rəsmiləri deyib ki, Dövlət katibi Con Kerri İranda həbsdə olan üç amerikalılı barədə Zərifə birbaşa danışıqlar aparıb.

XS
SM
MD
LG