Accessibility links

İranın dini rəhbəri qanun pozuntularını araşdırmaq üçün komissiya yaradıb


İranın dini rəhbəri qanun pozuntularını araşdırmaq üçün komissiya yaradıb
İranın dini rəhbəri qanun pozuntularını araşdırmaq üçün komissiya yaradıb

İranda parlamentlə prezident Mahmud Əhmədinejad arasında ixtilaf davam edir. Bu, son 32 ildə hakimiyyətdaxili qüvvələr arasında ən gərgin ixtilaf hesab edilir.

İranda hakimiyyətdə təmsil olunan İslam Koalisiya Partiyası Mərkəzi Şurasının üzvü Həmidrza Tərəqqi iyulun 7-də jurnalistlərə açıqlamasında deyib ki, ölkədə parlamentlə prezident Mahmud Əhmədinejad arasında ixtilaf davam edir.

“Media forum” saytının məlumatına görə, Həmidrza Tərəqqi bildirib ki, bu, son 32 ildə hakimiyyətdaxili qüvvələr arasında ən gərgin ixtilafdır: “Biz, bu 32 ildə heç vaxt hökumətin bu qədər tənqid edildiyini görməmişdik”.

Həmidrza Tərəqqi qeyd edib ki, İranın ilk prezidenti Əbülhəsən Bənisədrin prezidentliyi dövründə də indikinə oxşar vəziyyət yaranmışdı: “Amma onda bu ixtilaf bir neçə ay sürdü. Sonda Əbülhəsən Bənisədr işdən çıxarıldı və hakimiyyətdaxili çəkişməyə son qoyuldu. Yəni Bənisədr məsələsi bu qədər uzanmamışdı”.

İslam Koalisiya Partiyası Mərkəzi Şurasının üzvü vurğulayıb ki, hazırda dini rəhbər ayətullah Əli Xamneyi bu vəziyyətin qarşısını almağa, ölkədə sabitliyi bərqərar etməyə və dəlil-sübutsuz kimlərəsə ittihamların irəli sürülməsinə son qoyulmasına çalışır: “Ölkə konstitusiyasına görə, hazırda bu məsələyə baxmaq və ölçü götürmək inqilab rəhbərinin üzərinə düşür. O (Xamneyi) isə bu mövzunun (Əhmədinejadla parlamentin ixtilafı) araşdırılması, hökumətin yol verdiyi qanun pozuntuları ilə bağlı aparılan təhqiqatın nəticəsi haqda ona hesabat verilməsi üçün bir neçə nəfərdən ibarət komissiya yaradıb. Dini rəhbər bir sıra qanunların icra olunmamsının səbəbini müəyyənləşdirməyi tələb edib”.

XS
SM
MD
LG