Accessibility links

İraq ordusu Kərkükün əhəmiyyətli hissəsini peşmərgələrdən geri alıb


İraq hərbi qüvvələri mübahisəli Kərkük şəhərinin yaxınlığındakı əsas hərbi hava bazası ilə yanaşı aeroportu, neft şirkətini və digər mövqeləri ələ keçirdiyini bildiriblər.

K-1 hərbi hava bazası baş nazir Heydər Əl-Əbadinin hökumətpərəst qüvvələrə müraciət edərək, Kərkükdə təhlükəsizliyin bərpa edilməsinə çağırmasından sonra şəhər kürd qüvvələrinin əlindən geri alınıb.

Heydər Əl-Əbadi xalqa müraciətində onu belə bir addım atmağa kürdlərin İraqı təhlükə qarşısına qoyduğu "müstəqillik referendumu"nun məcbur etdiyini deyib.

Dövlət televiziyası hökumət qüvvələrinin keçən gecə Kərkük əyalətinin geniş sahəsini nəzarət altına aldığını bildirib. Kürd rəsmiləri bu açıqlama ilə tam razı olmasalar da, yarı-hərbi qüvvələrin dəstəklədiyi İraq ordusunun Kərkük şəhərinə daxil olmaq, hərbi hava bazasını və neft yataqlarını ələ keçirmək üçün genişmiqyaslı əməliyyat keçirdiyini deyib.

İraq hökuməti kürd yaraqlılarına oktyabrın 15-dək vaxt vermişdi ki, "İslam Dövləti" qruplaşması ilə döyüşlər zamanı ələ keçirdikləri strateji yüksəklikləri boşaltsınlar. Amma peşmərgə döyüşçüləri ələ keçirdiyi mövqeləri İraq ordusuna təhvil vermək istəmir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG