Əfqanıstanın Daxili İşlıər Nazirliyi bu gün İraqın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyinın dörd nəfər güclü silahlanmış intiharçı tərəfindən hücuma məruz qaldığını və hücumçularla təhlükəsizlik qüvvələri arasında atışmanın təxminən 4 saat davam etdiyini bildirib.
Nazirliyin açıqladığı məlumatda səfirliyə hücum edən silahlılarla atışma zamanı hücumçulardan üçünün öldürüldüyü, yalnız bir polis işçisinin yaralandığı, səfirlik işçilərinin xəsarət almadıqları bildirilib.
İslam Dövləti qrupu Amaq xəbər agentliyi vasitəsilə hücumun qrup tərəfindən hazırlandığını iddia edib.
Əfqanıstanın Daxili İşlər Nazirliyi digər hücumçuların səfirliyə daxil ola bilməsi üçün intiharçılardan birinin özünü diplomatik nümayəndəliyin girəcəyində partlatdığını bildirib.
Bu il Kabildə miliyantlar tərəfindən həyata keçirilən hücumlar çox sayda mülki vətəndaşın həyatına son qoyub.
BMT -nin hesabatında deyilir ki, 2017-ci ilin ilk altı ayında paytaxtda baş verən silahlı qarşıdurmalar 1600-dən çox insanın ölümünə səbəb olub.