Accessibility links

Əl-Qaidənin İraqda liderləri qətlə yetirilib


Rəsmilərin sözlərinə görə, İraqın təhlükəsizlik qüvvələri Əl-Qaidənin İraqdakı lideri Əbu Əyyub əl-Misri və təşkilatın yüksək səviyyəli hərbi nümayəndəsi Əbu Ömər əl-Bağdadini bazar günü onların gizləndiyi yerdə reyd keçirərkən öldürüblər.

Birləşmiş Ştatlar və İraq rəsmiləri Tikrit şəhərində birgə əməliyyat zamanı Əl-Qaidənin İraqda yüksək səviyyəli iki nümayəndəsinin öldürüldüyünü bildirirlər.

Rəsmilərin sözlərinə görə, İraqın təhlükəsizlik qüvvələri Əl-Qaidənin İraqdakı lideri Əbu Əyyub əl-Misri və təşkilatın yüksək səviyyəli hərbi nümayəndəsi Əbu Ömər əl-Bağdadini bazar günü onların gizləndiyi yerdə reydə keçirərkən öldürüblər.

Bu gün açıqlanan bəyanatda ABŞ-ın İraqdakı yüksək səviyyəli komandiri general Odiyerno bildirib ki, bu iki militantın ölümü üsyançıların fəaliyyətə başladığı vaxtdan İraqda Əl-Qaidə üçün ən böyük itkidir.

General Odiyerno bunu ölkənin terrorçulardan təmizlənməsində mühüm bir irəliləyiş kimi qiymətləndirib.

Bağdadda mətbuat konfransı zamanı İraqın Baş naziri Nuri əl-Məliki iki cəsədin foto-şəklini göstərərək, onların Əl-Qaidənin yüksək səviyyəli bu iki nümayəndəsi olduğunu bildirib.

XS
SM
MD
LG