Accessibility links

İraqda sisilə partlayışlar törədilib


İraq rəsmiləri paytaxt Bağdadda silsilə bomba hücumları nəticəsində azı 21 nəfərin öldüyünü və çoxsaylı insanın yaralandığını deyib.

Fəllucə və Ramadi şəhərlərində təhlükəsizlik qüvvələri ilə sünni müsəlman yaraqlıları arasında döyüşlər davam edir.

Qanlı hücum Bağdadın cənubunda, əsasən sünni müsəlmanların məskunlaşdığı Əbu-Dşir rayonunda baş verib.

İzdihamlı bazar yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində yeddi nəfər həlak olub, 18 nəfər yaralanıb.

Partlayışların beşi əsasən şiələrin məskunlaşdığı rayonları, ikisi isə sünnilərin yaşadığı əraziləri hədəf alıb.

Kərkük şəhərində iki avtomobil partlayışı iki nəfərin ölümünə səbəb olub.Hadisə zamanı yaralanmış sakinlərdən biri hücumlara görə hökuməti təqsirləndirir.

Partlayışlara görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bu arada Əl-Qaidə ilə əlaqəli yaraqlılar Fəllucə şəhərinə nəzarəti gücləndirib.
XS
SM
MD
LG