Accessibility links

İraq ordusu Mosulu geri almaq üçün genişmiqyaslı hücumlara hazırlaşır [Video]


İraq ordusu Mosulu geri almaq üçün genişmiqyaslı hücumlara hazırlaşır
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Koalisiya rəsmilərinin dediyinə görə, İraq ordusu Mosul şəhərini İslam Dövlətindən geri alandan sonra şəhərin təhlükəsizliyinin qorunması üçün orada 45 minə qədər əsgərə ehtiyac olacaq.

Hər birində 800-dən 1600-ə qədər əsgər olan İraq ordusunun 12 briqadası hələ də İslam Dövlətinin nəzarətində olan Mosul şəhərini geri almaq üçün təlimlər keçir.

Hesablamalara görə, şəhərdə olan 3000-5000 arası İslam Dövləti döyüşçüsünə qarşı koalisiya qüvvələrinin hava hücumları ilə birlkdə genişmiqyaslı hücumlar həyata keçiriləcək. “Heç nəyi şansa buraxmaq olmaz. Rəqəmlərdə mütləq üstünlük yalnız işimizə yardım edə bilər.” deyə, koalisiyanın İraqdakı "Təlim Əməliyyatları" dəstəsinin başçısı, briqada generalı Deyv Anderson bildirir.

Rəsmilər tam hazır olmaq üçün İraq əsgərlərinə əlavə iki həftə təlimin lazım olduğunu deyirlər. Bu əsgərlər artıq ölkənin digər bölgələrindəki döyüşlərdə iştirak edib. Deyv Anderson: “Döyüşə getməzədn əvvəl onlar bəzi spesifik yenilikləri qavramalı, bacarıqlara yiyələnməlidirlər.”

Koalisiya qüvvələrinin dediyinə görə, İslam Dövləti Mosulda labüd məğlubiyyətlə üzləşir. Rəsmilər İŞİD-in şəhərə geri dönməməsi üçün şəhərin içərisinə və ətrafına 30 mindən 45 minədək əsgər yerləşdiriləcək. “Əsas məsələ odur ki, onlar yerlidirlər. Bu, Mosul və onun azad olacaq sakinləri üçün vacibdir.”

Ninəva polisi və yerli qəbilə ordusu şəhərin təhlükəsizliyini daxildə, yerli olmayan qüvvələr isə Mosulun civarlarını qoruyacaq.

XS
SM
MD
LG