Accessibility links

İraq qüvvələri Mosulda hücumları davam etdirir


İraq qüvvələri Mosulda Fərat çayı üzərində körpünün nəzarətinin ələ keçirilməsi uğrunda döyüşləri davam etdirir. Mosulun Köhnə şəhər və şərq hissələrini birləşdirən körpünün ələ keçirilməsi iraqlılara Fərat çayı üzərində beş körpüdən üçüncüsünə nəzarət etmək imkanı veririr.

İraq hərbi qüvvələri Mosulun İŞİD-dən azad edilməsi əməliyyatlarına oktyabr ayında başlayıb. Şəhərin şərq hissəsinin nəzarətinin ələ alındığını elan edəndən sonra İraq ordusu Mosulun əhalinin sıx olduğu qərb hisssini ələ keçirmək məqsədilə fevralın 19-da hərbi əməliyyatlara başlayıb. ​

Mosulun qərb hissəsindən çox sayda insan ağır artilleriya və avtomat silahların atəşləri altında yerlərini tərk edir. Bir ay öncə başlamış əməliyyatlar nəticəsində artıq 80 minə yaxın insan yerlərindən didərgin düşərək məcburi köçkün vəziyyətinə düşüb.

Mosul sakinləri döyüşlər davam etdikcə şəhəri tərk edir
Mosul sakinləri döyüşlər davam etdikcə şəhəri tərk edir

Mosulun nəzarətinin itirilməsi İŞİD üçün böyük məğlubiyyət hesab edilib. Bununla qrupun təkcə İraq ərazisində nəzarət etdiyi yerlərin miqyası azalmır, həm də bir zamanlar Suriyanın şimalından İraqın qərbinə qədər uzanan "xilafət"in ərazisinin yarısı itirilmiş olur.

Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə əsasən, militantların Mosulda nəzarət etdiyi yerlərdə hələ də 600 mindən çox insan qalır. Təşkilat Mosul ətrafında döyüşlər nəticəsində 240 min insanın məcburi köçkün olduğunu bildirir.

İraq ordusu bazar günü Mosulu mühasirəyə aldığını və şəhərdən çıxan sonuncu şosse yoluna da nəzarət etdiyini elan edib.

İraq hərbi qüvvələri ABŞ qüvvələrinin dəstəyi ilə Mosulun qərb hissəsində İŞİD militantlarının nəzarət etdiyi mövqeləri ələ keçirmək məqsədilə şəhərin daxilində irəliləməyə davam edir.

XS
SM
MD
LG