Accessibility links

Kürd döyüşçülər İraqın Sincar şəhərini geri almağa çalışır


Minlərlə kürd döyüşçü bir ildən çoxdur İslam Dövləti yaraqlılarının nəzarətində olan İraqın şimal Sincar şəhərini geri almaq üçün bu gün hərəkətə keçib.

Kürdlərin verdiyi məlumatda deyilir ki, Sincarın geri alınmasında 7 500 döyüşçü iştirak edir və onlar İslam Dövləti yaraqlılarının əsas təminat yollarını kəsməyə, mülki vətəndaşların qorunması üçün bufer zona yaratmağa çalışır.

Kürdlərin hücumlarından əlavə koalisiya qüvvələri bir həftədən çoxdur bölgəyə hər gün havadan zərbələr endirir.

BMT-nin İraqdakı rəsmisi deyib ki, İraqın təhlükəsizlik qüvvələri özünü İslam Dövləti adlandıran döyüşçülərin nəzarətindəki ərazilərə yavaş irəliləsə də nailiyyət əldə edir.

XS
SM
MD
LG