Accessibility links

İraqın şiə silahlıları sünni məscidinə hücum edib


Bu gün şiə silahlılarının Bağdadın şimal-şərq bölgəsindəki Baquba şəhərindəki sünni məscidini atəşə tutması nəticəsində onlarla insan ölüb. Azı 60 nəfərin ölümünə səbəb olan hücumun İraqın şiə hökumətinin getdikcə artan təriqətlərarası problemin həlli səylərini daha da mürəkkəbləşdirəcəyi ehtimal olunur.

Baş nazir Heydər Əl-Əbadi ölkənin şimal-şərq bölgəsinin böyük hissəsinin nəzarətini ələ alan İslam Dövləti yaraqlılarına qarşı mübarizə aparmaq üçün İraqdakı sünni, şiə və kürdləri bir araya gətirmək istəyir.

Bundan əvvəl də İslam Dövləti qrupu 2006-cı ildən bəri təriqətlərarası müharibəyə səhnə olan Baquba şəhərindəki sünnilərə dəstək olmağa çalışıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG