İraq rəsmilərinin verdikləri məlumata görə ölkənin qərbindəki Ənbar vilayətində sünni millət vəkili intiharçı hücumu nəticəsində öldürülüb.
Bağdadın qərbində intiharçının bomba partlatması nəticəsində İfan Əl-İssavi elə hadisə yerində həlak olub.
Hücum dekabr ayından etibarən əksərən sünnilər tərəfindən vüsət alan anti-hökümət etirazları fonunda baş verib.
Sünnilər şiə baş nazir Nuri Əl-Malikini hakimiyyətdən getməyə çağırırlar. Onlar həmçinin məhkəməsiz həbsdə saxlanılan sünnilərin azad olunmasını tələb edir, həmçinin sünniləri hədəf alan terror qanunlarının ləğv olunmasını istəyirlər.
İraqda bələdiyyə seçkilərinin aprel ayında keçirilməsi planlaşdırılır və analitiklər iğtişaşların ən azı bu tarixədək davam edəcəyini təxmin edirlər.