Accessibility links

İraqda yəzidi qaçqınlarına yardım aparan vertolyot qəzaya uğrayıb


İraqda islamçı ekstremistlərdən qaçan yəzidilərə yardım çatdıran vertolyotun qəzaya uğraması nəticəsində pilot həlak olub, sərnişinlər yaralanıb.

Vertolyot böyük ehtiyac duyulan yardımı çatdırıb qaçqınları götürdükdən sonra düşüb.

Yəzidi icmasının lideri Vian Daxel yaralananlar arasındadır. Vertolyotun qəzaya uğramasının səbəbləri hələlik məyyən edilməyib.

Beynəlxalq ictimaiyyət İraqın şimal-qərbində Sincar dağında susuz və ərzaqsız qalmış minlərlə etnik yezidi azlığın üzlərinə yardım çatdırır.

Eyni zamanda, Birləşmiş Ştatlar İraqda İslam Dövləti qrupunun yaraqlılarını qaçqınlardan uzaq durması və İraqın başqa yerlərində irəliliyə bilməməsi üçün havadan bombalayır.

BMT-nin Baş katibi Ban Ki Mun dünya ölkələrini İraqda islam dövləti qrupunun yaraqlılarından qaçmağa çalışan azlıqları müdafiə etməyə çağırıb. Cənab Ban Suriyanın şərqində və İraqın qərbində şəhər və kəndləri ələ keçirən qrupun törətdiyi “barbar” əməllərin həyəcan doğurduğunu deyib.

XS
SM
MD
LG