Accessibility links

İraqda şiə məhəlləsinə növbəti hücum


3
3
İraq rəsmiləri deyir ki, iki bomba partlayışı nəticəsində 5 nəfər həlak olub, ölkənin cənubunda mal-qara bazarında 12 nəfərdən çox insan yaralanıb.

Polisin verdiyi məlumata görə, partlayışlar paytaxt Bağdaddan 130 kilometr cənubda Divaniyyə vilayətində baş verib.

Əhalisinin əksəriyyətini şiələr təşkil edən ərazidə həyata keçirilmiş hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. Son zamanlar sünni yaraqlılar ölkə boyu şiələri hədəf almağa başlayıb.

Dünən Bağdad şiə məhəlləsində baş vermiş bomba partlayışları 22 nəfərin həyatına son qoymuşdu. Hadisə zamanı 12 nəfərdən çox insan isə yaralanmışdı.
XS
SM
MD
LG