Accessibility links

İşçi Qrupu Azərbaycana sanksiyalar tələb edir


“Mehman Əliyevin həbsi, “Turan” İnformasiya Agentliyinin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığının növbəti dəfə ultimativ nümayişidir”.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupunun müraciətində belə yazılır.

“Mehman Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı158-ə yüksəlib. Onlardan 10-u jurnalist və bloggerlərdir", sənəddə deyilir.

İşçi Qrupu müraciəti BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara ünvanlayıb:

Mehman Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı158-ə yüksəlib. Onlardan 10-u jurnalist və bloggerlərdir.

“Avtoritar Azərbaycan hökuməti ilə danışıqlarda, işbirliyində insan haqları və demokratiya məsələsindən alver predmeti kimi istifadə edilməsinə, vətəndaş cəmiyyətinə qarşı repressiyalara göz yumulması siyasətinizə son qoyulsun. Biz Avropa Şurasının Parlament Assambleyasından, Nazirlər Komitəsindən Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edirik. Sizin laqeydliyiniz repressiv hökuməti ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir. Biz, ABŞ və Avropa Birliyi ölkələri hökumətlərini Azərbaycanda ünvanlı sanksiyaları tətbiq etməyə çağırırıq"

Sənəd müəllifləri həmçinin, beynəlxalq maliyyə institutlarını ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şərait yaranana kimi Azərbaycanın həyata keçirdiyi beynəlxalq və yerli xarakterli iqtisadi layihələrə dəstəyi dayandırmağa səsləyib.

Mehman Əliyev
Mehman Əliyev

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupuna keçmiş məhbuslar, jurnalistlər və hüquq müdafiəçiləri daxildir.

Ancaq Azərbaycan hökumətinin təmsilçiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Avqustun 25-i məhkəmə qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib. O, Kürdəxanıdakı istintaq təcridxanasına yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. “Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG