Accessibility links

Mosulu itirməkdə olan İŞİD yenidən təşkilatlanır


ABŞ-ın dəstəyi ilə İraq qüvvələri Mosulda İslam Dövləti qrupuna qarşı əməliyyatların sonuna yaxınlaşdıqca, İraqın digər bölgələrindəki təhlükəsizlik qüvvələrini İŞİD yaraqlılarının onların ərazilərinə yerləşəcəyi qorxudur.

Kərkük, Diyala və Səlahuddin vilayətlərində son zamanlar İŞİD-in fəaliyyətlərinin atdığı müşahidə edilir.

Yerli qüvvələri Mosulu tərk edən yaraqlıların mümkün terror hücumları narahat edir.

“İŞİD terrorçuları bir sıra kənd və sərhəd bölgələrində yenidən qara bayraqlarını ucaldıb” - deyə leytenant-polkovnik Faruq Əhməd bildirib. Tuz Xurmatuda təhlükəsizlik idarəsinə rəhbərlik edən Əhməd bu bölgədə 2014-cü ildə İŞİD yaraqlılarının olmadığını bildirib.

Mosuldan sonra Havija

Kərkükün qərbindəki Havija şəhərindən başqa İŞİD ələ keirdiyi çoxsaylı əraziləri ABŞ-ın dəstəyi ilə İraq qüvvələri və İranın dəstəklədiyi şiə yaraqlıların hücumları nəticəsində tərk etməyə məcbur olub.

İraq qüvvələri Mosuldan sonra hədəflərinin Havija olduğunu deyir.

İŞİD-in hücum və qaçış taktikası

Kürd döyüşçülərinin ordusu Peşmərqənin komandiri, polkovnik Loğman Məhəmmədin Amerikanın Səsinə bildirdiyinə görə, İŞİD yaraqlıları 3 vilayət boyunca kiçik qruplar şəklində hərəkət edir. Onlar koalisiya qüvvələrinin hədəfinə çevrilməmək üçün 10-12 nəfərlik dəstələr yaradıb.

İslam Dövləti yaraqlıları hücum və qaçış taktikasına əl atıb.

Peşmərqə ötən həftə strateji üçbucaqda həyata keçirməyə çalışdıqları hücumun qarşısını alıb. Bu əməliyyat Amerikanın başçılıq etdiyi koalisiyanın hava zərbələri ilə mümkün olub.

“Qırıcı təyyarələr onlara havadan 3 zərbə endirərək, dağılmalarına səbəb olub. İki saat sürən qarşıdurmadan sonra iki yaraqlı öldürülüb, çox sayda silah ələ keçirilib” - deyə, Məhəmməd Amerikanın Səsinə bildirib.

Kəndlərə təzyiq

İŞİD-in Mosuldan çıxarılmasından sonra qrupun yaraqlılarının ətraf kəndlərdə fəaliyyətləri güclənə bilər. İŞİD regionda gizli şəbəkərlər yaradıb.

2003-cü ildə ABŞ-ın İraqı işğalından sonra Mosul ətrafındakı vilayətlər qaynar nöqtəyə çevrilib. Sünni, kürd və şiələrin sıx yaşadığı bu regionda sünnilər ərazi iddiaları olan kürdlər və şiələr tərəfindən təcrid edildiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG