22 yaşlı Nyu York sakini İslam Dövləti qrupuna maddi yardım göstərmək səyləri ilə həbs edilib. Bu barədə məlumatı ABŞ-ın Ədliyyə nazirliyi verib.
Rəsmilərin bildirdiyinə görə, Parveq Əhməd çərşənbə axşamı günü məhkəmə qarşısına çıxarılmalıdır. Xəbərlərdə bildirildiyi kimi, Əhməd sosial media vasitəsilə İŞİD-ə dəstək məzmunlu mesajlar yazıb.
Əhməd amerikalılar da daxil olmaqla, çox sayda günahsız insanı qətlə yetirmiş zorakı terrorçularla birlikdə əlinə silah götürməyə çalışıb.
“Bildirildiyi kimi, Əhməd amerikalılar da daxil olmaqla, çox sayda günahsız insanı qətlə yetirmiş zorakı terrorçularla birlikdə əlinə silah götürməyə çalışıb”, deyə ABŞ prokuroru Bridcet Rohde bildirib.
“Bu ofis və bizim hüquq-mühafizə orqanlarında tərəfdaşlarımız ekstremislərin Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün təhlükə yarada bilməsindən əvvəl onları həbs edib, cəzalandırmaq üçün işi davam etdirəcəyik”, prokuror bidirib.
ABŞ vətəndaşı olan Əhməd Suryaya səfər etməyə cəhd edərkən saxlanılıb. Xəbər verildiyinə görə, o, Suriyada İŞİD sıralarına qoşulmaq istəyib.
Müqəssir tanınsa, Əhməd 20 il həbs cəzası ala bilər.