Accessibility links

İŞİD Mosulu minomyot atəşinə tutur


İslam Dövləti qrupunun militantları minomyotlardan hücumları atırdıqca yaralanmış mülki şəxslər Mosulu tərk etməyə can atır. Şəhərdəki yeganə səhra xəstəxanasının həkimləri deyir ki, onlar təkcə İraq ordusunun nəzarət etdiyi şərqi Mosulda hər gün xəsarət almış 60 insana tibbi müdaxilə göstərir.

İraq ordusunun əsgərləri Mosul yaxınlığında yerləşən hospitalın yanından minomyotlar atır, qaçqınlar və yaralanmış insanlar isə döyüş bölgəsindən canını qurtarmağa çalışır.

Həkimlər deyir ki, bura gətirilən insanların çoxu İraq ordusunun geri aldığı, amma yenə də İslam Dövləti militantlarının hücumuna məruz qalan ərazilərdə minomyot atəşindən xəsarət alan insanlardır.

İŞİD tərəfindən nəzarət olunan ərazilərdəki mülki şəxslər bu xəstəxanaya gələ bilmir, ona görə də orada neçə nəfərin ölüb və ya yaralandığı məlum deyil.

İraq ordusunun rəsmiləri deyir ki, onların bu döyüşün uzun sürəcəyini ehtimal etmələrinin səbəbi ərazidən qaçan ailələrin hədəfə düşməmələrinin qarşısını almaq üçün ağır sılahlardan istifadəni məhdudlaşdırmalarıdır.

XS
SM
MD
LG