Accessibility links

Amerika əsgərləri İŞİD-ə qarşı əməliyyat zamanı yaralanıb


Yüksək rütbəli komandir bildirib ki, beş Amerika xüsusi təyinatlısı Əfqanıstanda İŞİD döyüşçülərinə qarşı hərbi əməliyyat zamanı yaralanıb.

Əfqanıstan qüvvələrinin İŞİD döyüşçülərini geri oturtmaq məqsədi ilə Nanqarharda keçirilən əməliyyat zamanı əsgərlər kiçik həcmli silahdan və ya qəlpələrdən yaralanıb.

ABŞ komandiri bildirib ki, əsgərlərdən üçü evakuasiya edilib və digər iki əsgər ordu sıralarına dönüb. Əfqanıstanda hazırda keçirilən hərbi əməliyyatlar zamanı ABŞ əsgərinin xəsarət alması nadir hal hesab edilir.

Bu yaxınlara qədər ABŞ qüvvələri əfqan qoşunlarına əsasən qurudan dəstək göstərirdi.

İŞİD-ə qarşı döyüşlər Kabildə törədilən və azı 80 nəfərin ölümünə səbəb olan iki hücumdan sonra intensivləşib.

İŞİD döyüşçüləri hazırda Nanqarhar vilayətində dağlara çəkilib.

ABŞ rəsmiləri bildirib ki, ərazidə olan döyüşçülərin sayı yanvar ayında 3000-dən təxminən 1500 nəfər enib.

ABŞ Əfqanıstanda İŞİD qüvvələrini məhv etməyincə mübarizənin davam etdiriləcəyini vəd edib.

###

XS
SM
MD
LG