Accessibility links

"Xilafət" dağıdılsa belə, İŞİD əsatiri davam edəcək [Video]


"Xilafət" dağıdılsa belə, İŞİD əsatiri davam edəcək
please wait

No media source currently available

0:00 0:02:16 0:00

ABŞ-ın dəstəyi ilə İraq qüvvələri artıq iki ildir İŞİD-in nəzarətində olan Mosula doğru irəliləyir. Bu şəhər Suriyada İŞİD-in “Xilafət” elan etdiyi Rəqqa şəhəri qədər strateji əhəmiyyət kəsb edir. Pulitzer mükafatı laureatı, “Qara bayraqlar:İŞİD-in yüksəlişi” adlı kitabın müəllifi, jurnalist Cobi Uarrikin fikrincə, Xilafətin dağılması İslam Dövlətini dayandırmayacaq.

Beynəlxalq və yerli qüvvələrin amansız hücumları nəticəsində İŞİD ələ keçirdiyi böyük əraziləri, maliyyə dəstəyi və yaraqlıların cəlbi sahəsində ciddi itkilər verib. Buna baxmayaraq, yaraqlı ekstremistlər sakinlər arasında terror yaymaqla, Mosul uğrunda qızğın döyüşlər aparır.

İnsan hüquqları müdafiəçisi Rupert Kolvill: "İraqdakı İnsan haqları qrupları İŞİD-in şəhərdən 45 km-lik məsafədə yerləşən Safina kəndində 15 adamı öldürdüyündən xəbərdar edilib. Öldürülənlərin cəsədlərini yaxınlıqdakı çaya atmaqla yaraqlılar terror qorxusu yayır. Oktyabrın 19-da qrup 6 adamı əllərindən avtomobillərin arxasına bağlayaraq kənd boyu sürüyüb."

Mosulun itirilməsi İŞİD üçün ciddi təsirə malik olsa da, öldürücü olmayacaq. Bu, Cobi Uarrikin fikridir.

Qrupun bizimlə uzun illər olacağı və mübarizənin uzun sürəcəyi məni qorxudur."

Uarrick İŞİD-in yüksəlməsini ABŞ-ın İraqa hücumu ilə izah edir.

Əgər biz diqqətimizi Əl-Qaidəyə yönəldib, Səddam Hüseynin arxasınca getməsəydik, tarix başqa səmtdə irəliləyərdi. Hazırkı durumla üzləşməzdik."

Jurnalistin fikrincə, İŞİD dünyada terrorizm ideyasına yeni məna verib.

"İŞİD hətta amerikalılar üçün qorxunc bir simada Əl-Qaidəni əvəz etdi. Mediada, populyar mədəniyyətdə İŞİD-lə bağlı ciddi fiksasiya mövcuddur. Çünki İŞİD özünü Əl-Qaidənin heç vaxt etmədiyi bir tərzdə qələmə verdi. Qorxunc başkəsmələr, qətllər onların gündəlik işidir. Bütün bunlar amerikalılara elə dəhşətli göründü ki, sanki Əl-Qaidə bütün bunlara qadir deyildi."

Yaxın Şərqdə İslam Dövləti ilə mübarizəyə minlərlə insan qatılıb. Xilafət dağıldıqdan sonra onlar vətənlərinə qayıdacaq.

Uarrikin fikrincə, yaxşı olardı ki, terrorçu ambisiyalardan imtina edənlərdən təşviqat vasitəsi kimi cihadçılara qarşı istifadə edilsin.

XS
SM
MD
LG