Accessibility links

Çin iqtisadiyyatı və islahatlara müqavimətin fəsadları [Təhlil]


Çinli analitiklər deyir ki, ölkədə iqtisadi islahatlara dair davam edən səylər Çin vilayətlərində Kommunist liderlər, dövlət şirkətlərinin rəhbərləri və istefada olan partiya liderləri tərəfindən müqavimətlə qarşılaşıb.

Liderlər inkişafı artırmaq üçün iqtisadiyyatı tədricən ixracat yönümlü sənaye sistemindən yerli istehlakdan asılı sistemə keçirmək istəyir. Lakin əvvəlki iqtisadi sistemdən mənfəət əldə edən bir çox qruplar üçün yeni sistemə keçid əlverişli deyil.

“Hökumət bəzi mühüm islahatlar həyata keçirir. Lakin bu, hökumətdə bir sıra güclü fiqurların nüfuzunu itirməsi demək olacaq.” İnvestisiya üzrə məsləhətçi və Çin liderləri haqda kitabının müəllifi Robert Laurnes Kun deyir ki, bu, güclü müqavimətə səbəb olub.

“Çi Tsinpinin idarə etdiyi hökumət müflisləşmənin elan edilməsi, dövlət şirkətlərinin birləşdirilməsi və ya alınması, eləcə də biznes sektorlarında monopoliyanın azaldılması kimi sərt addımlar atmağa hazırdır” - deyə o bildirir.

“Hökumət bəzi mühüm islahatlar həyata keçirir. Lakin bu, hökumətdə bir sıra güclü fiqurların nüfuzunu itirməsi demək olacaq.” Çin liderləri haqda kitabının müəllifi Robert Laurnes Kun

Bu, əvvəllər yol verdiyi səhvlərə görə vəzifələrini itirmək və hətta ittiham olunmaqdan ehtiyat edən rəsmilər və yerli liderlərin müqavimətinə səbəb olur.

Pekində Çin Avropa Beynəlxalq Biznes məktəbində iqtisadiyyat və maliyyə problemlri üzrə professoru Şi Bin də hökumətin bir hissəsinin bu dəyişikliyə müqavimət göstərdiyini düşünür.

“Məsələn, hökumət bankları şəxsi bankların mənfəətli biznes sektorlarına girə bilməməsi üçün mübarizə aparır”- deyə Şi bildirir.

Problemlə bağlı narahatlığın artdığına daha bir işarə Kommunist partiyasının bəzi dairələrində açıq aydın iqtisadi islahatlara müqavimət göstərdildiyini etiraf etməyə başlamasıdır.

CCTV və Çin dilində yayımlanan Guangming Daily-nin rəsmi veb səhifəsində dərc edilən məqalədə deyilir ki, müqavimətin səviyyəsi təsəvvür edildiyindən daha artıqdır. Məqalədə deyilir ki, dərin islahatlar nəhəng iqtisadiyyatın mahiyyətinin dəyişdirilməsi kimi başlıca məsələləri əhatə edir və onu daha da sağlamlaşdırmaq məqsədi daşıyır.

Bu ayın əvvəli partiyanın People's Daily adlı qəzeti istefada olan kadrların pərdəarxası nüfuzlarından istifadə etməyə davam etdiyini tənqid edən məqalələr dərc edib.

Reuters agentliyi partiyanın beynəlxalq departamentinin rəhbəri Vanq Ciaruinin Çində geniş yayılmış korrupsiya halları haqda Qərb alimləri ilə söhbətindən sitat gətirir.

“Bu cür şəraitdə bu adamlar vəzifələrindən çıxarılardı. Lakin bu kimi rəsmilərin sayı artarsa bu iqtidarda olan partiya üçün böhrana yol açar. Vəziyyət hələ o dərəcəyə çatmayıb. Amma bizi ən çox narahat edən məqam bu problemdir” – deyə Vanq bildirir.

“Korrupsiya əleyhinə səylər və maliyyə bazarında qeyri-sabitlik islahatlara dair mövzunu zəiflədib.” Pekində Çin Avropa Beynəlxalq Biznes məktəbində iqtisadiyyat və maliyyə professoru Şi Bin

Geniş islahatlara dair çağırışlar Çin iqtisadiyyatı barədə pis xəbərlərin gəlməsi ilə ötən aylar daha da intensivləşib.

Analitiklər deyir ki, zəifləyən iqtisadiyyat və prezident Çi Tsinpinin korrupsiyaya qarşı kampaniyası iqtisadi istiqamətin dəyişilməsi səylərinə mənfi təsir göstərib.

“Korrupsiya əleyhinə səylər və maliyyə bazarında qeyri-sabitlik islahatlara dair mövzunu zəiflədib” – deyə Şi Bin bildirir.

İqtisadçılar deyir ki, hökumət ötən üç ayda düşməkdə olan aksiya bazarını mikro idarə etməyə cəhd etməklə ciddi səhvə yol verib. Aksiyaların dəyərinin düşməsinə həddindən artıq reaksiya verməklə hökumət bazar islahatını ciddi böhran kimi qəbul edib.

Hökumətin aksiya bazarına müdaxiləsindən danışan Şi deyir ki, məsələ idarəçilərin müdaxiləsindədir. “Demək olar ki, Çin hökuməti aksiya bazarına müdaxiləsi ilə müəyyən dərəcədə səriştəsizlik nümayiş etdirdi. Məncə, bu təcrübəsizliyin nəticəsidir.”

Avropanın Çindəki Ticarət palatası iqtisadi islahatlara dair yeni səylərin bəzi sahələrdə uğurlu olmasına baxmayaraq, bir çox biznes sahələrində daha böyük müqavimətə səbəb olduğuna, həmçinin xarici şirkətlərin Çində bizneslə məşğul ola bilməsinə əngəl yaratdığına inanır.

Son qanun dəyişikliyi xarici investorların yalnız az sayda internet bizneslərinin aksiyalarına sahib olması kimi məhdudiyyətlərə səbəb olub. Lakin rəsmi Pekin hökumət tərəfindən idarə olunan şirkətlərin dominantlığını ciddi şəkildə azaldacaq tədbirlər görməyib.

Vuttke deyir ki, biz hələ də fərdi bizneslərin güclənməkdə və genişlənməkdə olan hökumət şirkətləri tərəfindən zəiflədildiyini müşahidə edirik.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG