Beynəlxalq media İslam Dövləti qrupunun ailələrinin yerləşdirildiyi düşərgələri “inkubator” adlandırır. Lakin yardım təşkilatları bildirir ki, zorakılığa və ekstremizmə məruz qalmalarına baxmayaraq, həmin düşərgələrdə olan uşaqları xilas etmək, reabilitasiyadan keçirmək və dünyaya reinteqrasiya etmək olar. Onların dediyinə görə, bu uşaqların travması gündən-günə dərinləşdiyi üçün onlara tez bir zamanda yardım edilməlidir.
İslam Dövləti qrupunun xarici döyüşçülərinin Suriyadakı Ayn İssa düşərgəsindəki uşaqları orta barmaqlarını qatlayaraq, guya silah kimi kameranı vurduqlarını göstərir.
Əl-Hol düşərgəsində oğlanların çoxunun gələcək militant kimi yetişəcəkləri deyilir. 10 yaşdan kiçik qızlar isə artıq üzlərini örtür.
Buradakı bəzi analar evlərini tərk edib İslam Dövlətinə qoşulmaq fikrinin indi səhv olduğunu düşünür. Buçra Əbüəllal: “Siz dinə üz tutanda çoxlarının gözü sizin üstünüzdə olur. İnsanlar üzünü nəyə görə örtdüyünü soruşur. `Bunu nəyə görə edirsən?`- deyə, soruşur. Sonra İslam Dövlətinə qoşulursan. Orada sənə heç kim belə suallar vermir.”
İslam Dövləti qrupunun Suriyadakı son istehkamı mart ayında dağıdıldıqdan sonra militantların 50 mindən çox uşağı düşərgələrdə qalıb. Onların çoxu “Xilafət” adlandırılan qrupun döyüşçülərinin anaları, arvadları və qadın qohumları ilə birlikdə düşərgələrdədir. Uşaqların atalarının isə demək olar ki, hamısı ya ölüb, ya da həbsdədir.
Rəsmilər gözətçilərə və özlərinə İslam Dövləti tipli “əxlaq polisi” qurmuş qadınlar tərəfindən daxildə sərt "qanunlara" riayət etməyən qadınlara qarşı çox sayda hücumlar edildiyinə görə, bu düşərgələrin getdikcə daha təhlükəli olduğunu deyirlər.
Minlərlə ailə regiondan xaric ölkələrdəndir və rəsmilər vətəndaşlarını geri almaları üçün xarici ölkələrə dəfələrlə müraciət edib. Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali: "Biz Əl-Hol düşərgəsində təhlükəsizliyi gücləndiririk, ancaq bu təkcə bizim deyil, 50 ölkənin siyasi problemidir."
Yardım təşkilatları İslam Dövləti militantlarının uşaqlarını xilas etmək üçün hələ də gec olmadığını bildirir. Lakin onlar deyir ki, burada heç bir şey dəyişməzsə, bu humanitar böhran təhlükəsizlik üçün fəlakətə çevrilə bilər.