İslam Dövləti qrupu Dhakada bir nəfərin ölümü və təxminən 100 adamın yaralanması ilə nəticələnmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Monitorinq qrupu SİTE bildirib ki, İŞİD-in açıqladığı bəyanatda qrupun Banqladeşdəki "döyüşçülərinin" hücumu partlayıcı maddələri işə salaraq həyata keçirdiyi deyilir.
Hücum çənbə günü dindarların paytaxtda şiə müsəlmanların məbədində Aşura mərasiminə toplaşdığı vaxt baş verib.
Hücumçular şəhərin qədim hissəsində yerləşən Hüseyn Dalan məbədində toplaşan minlərlə insana bombalar atıb. Üç bomba partlayaraq, bir yeniyetmə oğlanın ölümü, çox sayda ibadət edən insanın yaralanmasına səbəb olub.
Polis hadisə yerinə gələrək iki şübhəlini həbs edib və partlamadığı ehtimal edilən iki bombanı zərərsizləşdirib.
Şiə müsəlmanlar əhalisi əsas etibarilə sünni müsəlmanlardan ibarət olan Banqladeşdə azlıq təşkil etsə də, onlar çox az halda hücumlara hədəf olur.