Accessibility links

İslam Dövləti qrupu hələ də təhlükəli olaraq qalır


Döyüşlərin hələ də davam etməsinə baxmayaraq, Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrin Suriyanın şərqində İslam Dövləti qrupunun nəzarətindəki son anklavı ələ keçirmək üçün bazar ertəsi hücumlarını səngitdiyi bildirilib.

2014-cü ildə özünü “xilafət” elan edən İslam Dövləti qrupu İraq və Suriyada nəzarətində olan son bölgələrdə məğlubiyyətlə üzləşir.

Məğlubiyyətinə baxmayaraq, İslam Dövləti qrupu hələ də təhlükəli olaraq qalır. Rəsmilərin dediyinə görə, qrup kənd yerlərində üsyançı hərəkatlar yaratmaq, şəhər və regiondakı filiallarından istifadə edərək, bomba hücumları həyata keçirməklə “xilafət”ə alternativ axtarır.

Suriya Demokratik Qüvvələri keçən həftənin son günləri qrupun hələ də nəzarətinəki Bağuz kəndinə hücumları bərpa edib. Ordu İslam Dövləti qrupunu dəstəkləyənlərin, döyüşçülərin, uşaqların və qrupun girov saxladığı yerli sakinlərin bölgəni tərk etmələri üçün hücumları dayandırmışdı.

Suriya Demokratik Qüvvələri və koalisiya rəsmiləri bir həftə əvvəl Bağuz bölgəsində 300-ə yaxın yaraqlının və bir neçə min dinc sakinin qaldığını bildirmişdi. Lakin son həftə bölgəni 13 mindən çox insan tərk edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG