Accessibility links

İslam Dövlətinə qarşı mübarizənin strategiyası müzakirə edilir


ABŞ dövlət katibi Con Kerri və Britaniya xarici işlər naziri Filip Hammond
ABŞ dövlət katibi Con Kerri və Britaniya xarici işlər naziri Filip Hammond

Danışıqlarda 20-ə yaxın koalisiya üzvü iştirak edir

Cümə axşamı ABŞ dövlət katibi Con Kerri və Britaniya xarici işlər naziri Filip Hammond İslam Dövlətini məğlub etməyə çalışan beynəlxalq koalisiyanın strategiya və irəliləyişlərini müzakirə etmək məqsədilə Londonda görüş keçirəcək.

ABŞ Dövlət Departamenti bildirib ki, danışıqlarda Fransanın xarici işlər naziri Loran Fabius və İraqın baş naziri Heydər Əl-Əbədi daxil olmaqla, 20-ə yaxın koalisiya üzvü iştirak edəcək.

Nazirlər ən son dekabr ayında görüşdüyündə 5 illik plan üzərində razılıq əldə edib. Bu plana İraq ordusunu gücləndirmək, xarici döyüşçülərin axınının qarşısını almaq, militantlara maddi yardımı kəsmək, onların ideologiyalarına qarşı çıxmaq və humanitar ehtiyacları qarşılamaq daxildir.

Dövlət Departamenti həmçinin bildirib ki, ABŞ-ın başçılıq etdiyi hava hücumları militantların sütrətli inkişafının qarşısını alıb. Nəticədə minlərlə döyüşçü həlak olub və militantlar daha çox müdafiə rejiminə keçiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG