Accessibility links

“İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəxalq konfrans


Bakıda İslam Bankının maliyyəsi mövzusunda konfrans
Bakıda İslam Bankının maliyyəsi mövzusunda konfrans

Fevralın 19-da Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəxalq konfrans başlayıb. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi tərəfindən təşkil olunub.

Konfransda islam maliyyə sistemində bankçılıq, sığorta, lizinq və digər alətlər, fyuçers əməliyyatlarında şəriət prinsiplərinin tətbiqi və s. müzakirə edilir, qeyri-müsəlman əhalinin üstünlük təşkil etidyi ölkələrdə, o cümlədən Rusiya və Gürcüstanda islam bankçılığının inkişaf perspektivləri barədə məruzə dinlənilib.

Azərbaycan islam bankçılığını tam tətbiq etmək istəyir və bu iş başa çatmaq üzrədir. “Azərbaycan Beynəlxalq Bankı” ASC islam bankçılığı məhsullarını aktiv tətbiq edir və Bakını islam bankçılığının regional mərkəzinə çevirmək istəyir.

Azərbaycan Beynəlxalq Bankı lokal şəkildə İslam Bankı layihəsi həyata keçirir və 220 mln investisiya cəlb edib. Bankda islam bankçılığı departamenti var. Sumqayıt, Gəncə və Lənkəranda ilk şöbələr açılıb.

“ABB-Moskva” Rusiyada islam bankçılığı xidməti göstərməyə hazırlaşır. Qanunvericilik bazasının olmaması İslam Bankının inkişafına əngəl olur. Birinci rübdə Beynəlxalq Bank qanunvericiliyə, o cümlədən “Bank Məcəlləsi”nə dəyişiklik üzrə Mərkəzi Banka təkliflər paketi təqdim edəcək.

İslam maliyyələşməsi 8-60 ayı əhatə edir. İslam Bankında faiz yoxdur, bank və ya maliyyə institutu pay iştirakçısı olur.

İslam maliyyələşməsi qeyri-müsəlmanlar üçün də açıqdır. Sadəcə, faiz, möhtəkirlik, alkoqol istehsalı və s maliyyələşməsi qadağandır.

“ABB-Moskva” İdarə Heyətinin sədrinin müşaviri Azər Səfərov qeyd edib ki, İslam maliyyələşməsi modeli iqtisadiyyatın sağlamlaşmasına kömək edir, maliyyə və borc qovluğuna yol vermir.

Dünyadakı maliyyə böhranı İslam Bankına diqqəti artırıb. Ötən əsrin 60-cı illərindən islam bankları Malayziya və ərəb ölkələrində fəaliyyət göstərir. Onun inkişafına 1975-ci ildə İslam İnkişaf Bankı və Dubay İslam Bankının yaradılması təkan verib. Sonra Avropada da islam bankları yaradılıb. HSBC-nin məlumatına görə, dünyada 300-dək islam maliyyə institutu var.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG