Accessibility links

ABŞ İslam Dövləti qrupu tərəfindən girov götürülən xristianların azad edilməsini tələb edib


Birləşmiş Ştatlar İslam Dövləti qrupunun yaraqlılarından Suriyanın şimal-şərqində girov götürdükl 90-dan çox Assuriya xristianını azad etməyi tələb edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki hücumu qınayaraq, yaraqlıların girov saxladıqları bütün mükli vətəndaşları azad etməli olduğunu deyib.

Cen Psaki eləcə də, Suriya ordusu tərəfindən zorakılıqları vurğulayaraq, Birləşmiş Ştatların Suriyada 3 ilə yaxındır 200 mindən çox insanın həyatına son qoymuş müharibəni qınadığını və böhranın siyasi yolla həllinin tapılmasına çağırdığını deyib.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar ertəsi İslam Dövləti yaraqlılarının Hassaki vilayətinin Habur bölgəsində reydlər keçirdiyi zaman yerli sakinləri girov götürdüklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG