Accessibility links

BMT Qəzza Zolağında təcili atəşkəsə çağırır [Fotoqalereya]


İsrailin Həmas militantlarına qarşı Qəzza Zolağına yerdən və havadan hücumlarını intensivləşdirməsindən narahat olan BMT Təhlükəsizlik Şurası bölgədə dərhal atəşkəsə çağırıb.

Təhlükəsizlik Şurası bu bəyanatla bazar günü gecə çıxış edib. Ruanda səfiri və Şuranın hazırkı prezidenti Yucin Qasana iclasdakı çıxışları zamanı Qəzza Zolağındakı vəziyyəti olduqca ciddi adlandırıb.

Şura mülki vətəndaşların qorunması da daxil edilməklə, humanitar vəziyyətin yaxşılaşdırılmasının vacib olduğunu vurğulayıb.

Bazar günü bölgədə iki həftədir başlayan konflikdən bəri ən çox itki verilən gün olub ki, 65 fələstinli və ikisi Amerika vətəndaşı olmaqla, 13 İsrail əsgəri həlak olub.

Fələstinlilərin BMT-dəki səfiri Riyad Mənsur deyib ki, o, ümid edirdi ki, BMT onun xalqına qarşı təcavüzü pisləyən qətnamə qəbul edəcək.

İsrail səfiri Ron Prosor öz tərəfindən bildirib ki, İsrailin hərbi əməliyyatlarını dayandırması Qəzzadan qaynaqlanan raket hücumlarına son qoyulmasından sonra baş verə bilər.

XS
SM
MD
LG