Accessibility links

İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında qarşıdurma olub


İordan Çayının Qərb Sahilində İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında baş verən qarşıdurma zamanı üç fələstinli öldürülüb.

İsrail polis idarəsinin sözçüsü bazar ertəsi polisin həmin bölgədə şübhəli bir şəxsi həbs etmək istəyərkən yüzlərlə fələstinlinin daş və molotov butulkaları ila onlara hücum etdiyini və polis işçilərinin kütləni dağıtmağa çalışdığını deyib.

Ramallah Xəstəxanasının rəsmiləri qurbanların güllə ilə vurulduğunu bildirib.

Fələstin rəsmiləri insidenti qınayıb. Fələstinlilərin prezidenti Mahmud Abbasın sözçüsü deyib ki, baş verənlər İsraillə Fələstin arasında sülh danışıqlarına mənfi təsir göstərə bilər.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG