Accessibility links

İsrailin ərəb tibb işçiləri koronavirusla yəhudilərlə çiyin-çiyinə mübarizə aparır


İsrailin ərəb tibb işçiləri koronavirusla yəhudilərlə çiyin-çiyinə mübarizə aparır
please wait

No media source currently available

0:00 0:03:57 0:00

İsrailin ərəb tibb işçiləri koronavirusla yəhudilərlə çiyin-çiyinə mübarizə aparır

Yeddi həftəlik təcriddən sonra İsraildə koronavirus halları ilə bağlı rəqəmlər bir çox başqa ölkələrdəki kimi daha yaxşı görünür. Bazar ertəsi 9 milyon insanın yaşadığı ölkədə 250-dən çox ölüm halı qeydə alınıb və yeni yoluxmaların sayı sürətlə azalır.

İsrail ordusunun ön cəbhədə olduğu digər müharibələrdən fərqli olaraq, bu dəfə ölkənin səhiyyə sistemi ön cəbhədədir və ərəb əsilli israillilər bunun bir hissəsidir. İsrailin ərəb vətəndaşları səhiyyə sahəsində çox güclüdür və çoxları onların bu böhrandakı rollarının İsrail cəmiyyətində ərəblərlə bağlı fikir dəyişikliyi edəcəyini deyir.

Maskalar Covid-19 xəstəsinin həkim və tibb bacıları ilə şəxsən təmasda olmalarını çətinləşdirir. Buna görə də buradakı həm yəhudi, həm də ərəb tibb işçiləri yaxalarına şəkilləri və adları olan etiketlər yapışdırır.

Ərəb əsilli israilli həkimlər hər zaman xəstəxanada bərabər hüquqlu olduqlarını və onlara hörmətlə yanaşıldığını deyirlər. İndi onlar bunun İsraildəki qalan ərəblərə də şamil olunacağına ümid edir. Doktor Əhməd Naama: "Hazırda bütün İsrailin, bütün dünyanın mətbuatı ön cəbhədə kimlərin olduğunu göstərir, doğrudurmu? Məsələn, təcili tibbi yardım ön cəbhədədir. Ərəblər və yəhudilər hər zaman orada bir yerdə olub. Lakin hazırkı böhran, qlobal böhran səbəbindən bu barədə reklamlar hər yerdə daha çox yayılır və buna görə də bu dövrdə şüurun artdığını düşünürəm."

İsrail əhalisinin 21 faizini təşkil edən digər ərəb vətəndaşları ayrıseçkilikdən şikayət etdiyi bir vaxt, doktor Naama doğulduğu İsrail cəmiyyətində özünü çox rahat hiss edir. Knessetin `Ərəb Birliyi Partiyası`ndan Əhməd Tibi: "Xəstəxanalarda həkimlər, tibb bacıları birlikdə işləyirlər, bu müsbət haldır. Tələbələrimiz və tədqiqatçılarımız universitetlərdə ehtiyac duyulduğundan daha az olsalar da, çox yaxşı iş görürlər. Lakin irqi zəmində hücumlar və yəhudi əksəriyyəti tərəfindən ərəblər haqqında stereotiplər çoxdur."

İsrailin birgəyaşayış təşkilatının bu yaxınlarda İsrailin ərəb səhiyyə işçilərinin COVID-19-la mübarizədə verdiyi töhfələr barədəki videosu bu boşluğun aradan qaldırılması yolunda bir hədəf idi. Bu videoya İsrail boyu iki milyondan çox baxış olub.

Koronavirus böhranı başlamazdan bir qədər əvvəl ölkədə keçirilən ümummilli seçkilərin nəticələri ərəb mənşəli vətəndaşların İsrail cəmiyyətində daha çox iştirak etdiyini, çox sayda səs verərək, parlamentdə görünməmiş 15 yer qazandığını göstərdi. Tabet Əbu Ras: "Korona böhranı ərəb vətəndaşlarını israilləşdirdi. Onlar daha çox israilli oldu, özlərini israilli kimi hiss etdi. Biz eyni böhranı bölüşürük və eyni böhranla mübarizə aparırıq."

Hadassa xəstəxanasında həm xəstələr, həm də həkimlər həmişə yəhudi və ərəblər olub. Tibb bacısı Nailə Hayek: “Bunun gündəlik həyatımız olduğunu düşünürəm. Mən burada Moşe ilə işləyirəm, Haysamlə işləyirəm, hər gün belədir. Bir tibb bacısı kimi bu mənim üçün normal haldır. Bəlkə bütün insanlar və bütün dünya üçün ərəblər xəstələrə qayğı göstərir. Lakin onlar həmişə güclü olub və bunu bir yerdə işlədiyimiz hər tibb bacısı bilir."

Yeganə fərq ondadır ki, koronavirus dövründə daha çox insana birgə yaşayışı görmək imkan verilir və bu da virusun sona çatmasından sonra davam edəcəyi ilə bağlı ümidləri artırır.

XS
SM
MD
LG