Accessibility links

İsraildə silahlı hücum nəticəsində azı 5 nəfər ölüb


Çərşənbə axşamı İsrailin Təl-Əviv yaxınlığındakı Bney-Brak şəhərində silahlı hücum nəticəsində azı 5 nəfər ölüb.

Bu, son bir neçə gündə üçüncü ölümcül hücumdur.

İki gün əvvəl Hadera şəhərində iki polis əməkdaşı güllələnib. Bir həftə əvvəl isə Beer-Şeva şəhərində dörd nəfər bıçaqlanaraq öldürülüb. Hər iki hücumun məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb.

Polisin bildirdiyinə görə, sonuncu hücum iki yerdə baş verib və motosikletdəki silahlı tərəfindən həyata keçirilib.

Reuters xəbər agentliyi İsrail mediasına istinadən silahlı şəxsin əvvəlcə ultra-ortodoks məhəlləsindəki evlərin eyvanlarına, sonra isə piyadalara atəş açdığını bildirib. Daha sonra silahlı şəxs güllələnərək öldürülüb.

Associated Press-in məlumatına görə, İslam Dövlətinin İsraildə hücumları nadir hallarda baş verir.

Çərşənbə axşamı hücumdan bir neçə saat əvvəl İsrailin Baş naziri Naftali Bennett son hücumları "yeni vəziyyət" adlandırıb və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Hücumlar şənbə günü başlayacaq Ramazan ayına az qalmış və dörd ərəb dövləti xarici işlər nazirləri, ABŞ və İsrailin bölgədəki məsələləri müzakirə etmək üçün İsrail səhrasında görüşü ərəfəsində baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG