Accessibility links

Müqəddəs Torpaqlarda ərəblərlə yəhudilərin sayı bərabərləşir [Video]


Müqəddəs Torpaqlarda ərəblərlə yəhudilərin sayı bərabərləşir
please wait

No media source currently available

0:00 0:02:44 0:00

İsrail rəsmilərinin dediyinə görə, Aralıq dənizi ilə İordan çayının arasındakı Müqəddəs Torpaqlarda yaşayan ərəblərlə yəhudilərin sayı demək olar ki, eynidir. Əhalinin sayı ilə bağlı məlumat bazar ertəsi İsrail parlamentinin bəyanatında açıqlanıb. Mümkün siyasi nəticələr səbəbindən demoqrafiya həm İsrail, həm də fələstinlilər tərəfindən dərindən araşdırılır.

May ayının 14-də İsrail müstəqilliyinin 70 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxt, fələstinlilərlə münasibətdə dəyişiklik yoxdur. Yəhudi dövlətinin liderləri ərəblərin ayrıca dövlətinin yaradılmasına imkan verəcək “iki dövlət“ məsələsinin həlli üzərində ilişib qalıb. Lakin çoxları Fələstinin işğal olunmuş torpaqlarının birləşdirilməsini də rədd edir. Hayfa universitetindən Arnon Soffer: “Təsəvvür edə bilirsinizmi ki, ultra-mühafizəkar yoxsul yəhudilərə İsrailin yoxsul müsəlman əhalisi də əlavə olunacaq və bu əlavə 5 milyon imkansız əhali deməkdir. Bu sözün əsl mənasında intihardır. Bu, mümkün deyil.”

İsrail parlamentinin açıqladığı bəyanatda deyilir ki, İordan çayının Qərb sahili, eləcə də İudeya və Samariya kimi tanınan ərazidə ən azı 2,5 milyon əhali yaşayır. Qəzzadakı 2 milyona yaxın fələstinli və təxminən 2 milyona yaxın israilli ərəb əlavə edilməklə bu ərazidə ərəblərin ümumi sayı təxminən 6,5 milyona çatır. Bu isə ərəblərin sayının İsrail yəhudilərinin sayına yaxınlaşması deməkdir.

İordan çayının Qərb sahilinə yerləşdirilən israillilər Fələstin rəsmilərinin ərəblərin sayı ilə bağlı rəqəmləri şişirtdiklərini deyirlər. Lakin Fələstin əhalisinin siyahıya alınmasına əsasən, bölgədə ərəblərin sayı israillilərdən çoxdur.

Demoqrafik göstəricilər İsrail üçün bir dilemma yaradıb. İsrailli-ərəb millət vəkili Əhməd Tibi Fələstin dövləti yaradılmadan İsrail ərəblərin azlıq olmayacağı bir dövlət prinsipinə yönələ biləcəyini deyir. Tibinın sözlərinə görə, İsrail yəhudi dövləti ilə demokratiya arasında seçim etməlidir. “Bu, beynəlxalq ictimaiyyət qarşısında bir sınaqdır: iki dövlətin yaradılmasına, işğala son qoyulması üçün təzyiq göstərilməsi, ya da biz bir istiqamətdə hərəkət edəcəyik - aparteid, ya da gələcəkdə ərəb-fələstin baş nazir.”

Bəzi israilli alimlər işğal olunmuş torpaqların birləşdirilməsinin yəhudi dövlətinın sonu ola biləcəyini düşünür. "Mən təkidlə bildirirəm ki, biz İordan çayının Qərb sahili və Qəzzanı əlavə etsək, biz azlıqda olacağıq və bu, sionist xəyalının sona çatması olacaq. Yenə də təkrar edirəm, Qərb sahili və ya Qəzzanın birləşdirilməsi yəhudi dövlətinin sonu deməkdir” deyə, Arnon Soffer bildirir.

Alternativ seçim isə ərəblərin İsrail dövlətində səsvermə hüququna son qoyulması olardı ki, bu da İsraildə demokratiyanın sonu deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynaya edilən dron hücumunda ölənlər var
please wait

No media source currently available

0:00 0:10:09 0:00
XS
SM
MD
LG