Accessibility links

İsrail İranın "qəddar cəllad rejimi" ilə nüvə anlaşmasının müzakirəsinin lazımsız olduğunu bildirib


İsrail sərtxətt tərəfdarı İbrahim Rəisinin İran prezidenti seçilməsini qınayaraq, dünya güclərinin "qəddar cəllad rejimi" ilə nüvə anlaşmasını müzakirə etməyin lazımsız olduğunu bildirib.

İsrailin Baş naziri Naftali Bennett keçən həftə vəzifəyə gəldikdən sonra ilk kabinet iclasında Rəisinin qələbəsinin İran xalqının azad səsverməsi ilə əldə edilməkdənsə, İranın ali ruhani rəhbəri Ayətullah Əli Xameneyi tərəfindən təmin edildiyini deyib.

"Rəisinin seçilməsi deyərdim ki, dünya qüdrətləri üçün nüvə razılaşmasına qayıtmazdan əvvəl oyanmaq və kiminlə iş apardıqlarını başa düşmək üçün son şansdır"- deyə, Bennett əvvəlcə ivrit, sonra da ingilis dilində bildirib.

"Qəddar rejiminin heç vaxt kütləvi qırğın silahlarına sahib olmasına icazə verilməməlidir. İsrailin bununla bağlı mövqeyi dəyişməyəcək" , Bennett əlavə edib.

ABŞ-ın keçmiş Donald Tramp administrasiyası İsrail ilə razılaşdıqdan son anlaşmadan çıxmışdı.

Hazırkı prezident Co Bayden isə ABŞ-ın sazişə qayıtmasını istəyir.

İran nüvə silahı əldə etmək niyyətində olmadığını deyir.

XS
SM
MD
LG