Accessibility links

İsrail Suriyada İran hədəflərini vurduğunu təsdiq edib


İsrail bu gün Suriya ərazisində İranın hərbi obyektlərini hədəf aldığını təsdiq edib. Bu, İsrail tərəfindən verilən çox nadir açıqlamalardan biridir.

"Biz Suriya ərazisində İran Qüdsünə hücum etdik. Biz Suriyanın hərbi qüvvələrini İsrail qüvvələri və ərazilərinə ziyan vurmamaq barədə xəbərdarlıq vermişik”- deyə, İsrail ordusunun bəyanatında deyilib.

Bundan əlavə məlumat verilməyib.

İsrail hava hücumlarını Qolan təpələri üzərindən həyata keçirib.

İsrail adətən Suriya əməliyyatları haqda məlumat vermir. Lakin İsrailin baş naziri Benyamin Netanyahu Çada səfəri zamanı deyib ki, biz İranın Suriyada güclənməsi və bizlə əlaqəsi olan hər bir kəsə qarşı ziyan vurmasına mane olacaq bir siyasət əldə etməliyik.

Suriyanın vətəndaş müharibəsinə müdaxilə etmək istəməyən İsrail müttəfiqi Rusiyaya müraciət edərək İran qüvvələrini Suriya-İsrail sərhədlərindən uzaq tutmasını istəyib.

Suriyanın dövlət mediasının bildirdiyinə görə, havadan müdafiə qüvvələri İsrailin hava reydinə cavab verib. Bildirilib ki, beynəlxalq hava limanını hədəf alan reydin qarşısı alınıb.

İsrailin 6 raketindən beşinin vurulduğu bildirilib. İsrail adətən hava reydlərini gecələr keçirir. Bu dəfə hücumların gün ərzində baş tutması nadir hal kimi qiymətləndirilib.

Paytaxt sakinlərinin 5 partlayış səsi eşitməsi havadan müdafiəni təsdiq etmiş olur.

İsrailin baş naziri Benyamin Netanyahu bu yaxınlarda İsrailin Suriya və İraqdakı Hizbullah hədəflərinə qarşı yüzlərlə hücum həyata keçirildiyini bildirib.

Bu arada Suriyanın şimal Afrin şəhərində avtobus partlayışı 3 nəfərin ölümünə səbəb olub.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu hücum zamanı 9 nəfərin xəsarət aldığını deyib.

Hadisə Türkiyənin bu şəhərdə kürd döyüşçülərə qarşı hərbi əməliyyatlarının ildönümünə təsadüf edir.

Hazırda şəhər Türkiyənin dəstəklədiyi müxalif qüvvələrin nəzarəti altındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG