İstanbulda minlərlə adam zorladığı qızla təcavüzkarın evləndiyi təqdirdə onun azadlığa çıxmasına imkan yaradan qanun layihəsi əleyhinə etiraz aksiyası keçirib.
Frans Press xəbər verir ki, İstanbulun Asiya tərəfində azı 3 min adam etiraz aksiyası keçirib.
Etirazçıların qaldırdığı şüarlar arasında “AKP, bədənimdən əlini çək” şüarı olub.
Qanun layihəsini hakim partiyanın millət vəkilləri irəli sürüb və hökumət bu qanun layihəsini bəyənir, ancaq müxalifət, uşaq və qadın hüquq müdafiə təşkilatları buna sərt təpki göstəriblər.
Qanun layihəsi ikinci dəfə parlamentdə səsə qoyulacaq
Bu təklif qəbul olunsa, yetkinlik yaşına çatmayan qıza qarşı cinsi təcavüz edən şəxs onunla evləndiyi təqdirdə azadlığa çıxa biləcək,barəsində yenicə məhkəmə qərarı varsa, hökm icra edilməyəcək.
Türkiyədə rəsmi evlənmə yaşı 18-dir.