Accessibility links

AXCP sədrinin müavini prokurorluqda dindirilib [Video]


AXCP sədrinin müavini prokurorluqda dindirilib
please wait

No media source currently available

0:00 0:06:00 0:00

AXCP sədrinin müavini prokurorluqda dindirilib

Gözəl Bayramlı saxta sənədlərlə xarici ölkələrdə sığınacaq almaq faktı ilə bağlı cinayət işi üzrə dindirilib

Aprelin 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində 4 saat dindirilib.

Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, saxta sənədlərlə xarici ölkələrdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinatyət işi üzrə dindirilib.

“Şahid qismində müstəntiq Elgün Süleymanova ifadə verdim. Partiyamız adından saxta sənədlərlə xaricdə oturum alanlarla bağlı məlumatlar verdim. Mənə sənədlər göstərdilər və təsdiq etdim ki, həmin sənədlərin Azərbaycan Xalq Cəbhəsi Patiyasına aidiyyiatı yoxdur. Məlum oldu ki, AXCP adından, hansı ki, partiyamızın sədri də ictimailəşdirmişdi, xaricdə oturum almaq üçün bir şəbəkə var. Onlar AXCP adından istifadə edirlər. Bildiklərimi istintaqa dedim”.

AXCP sədrinin müavini istintaqa deyib ki, AXCP-də adından xaricdə oturum alanlara dəstək verən, onun adından saxta sənədlər düzəldən şəbəkənin açılmasında maraqlıdır. O bundan sonra da istintaqla əməkdaşlıq edəcəyini bildirib.

“Biz saxta sənədlərin kimlər tərəfindən verilməsinin açılmasında maraqlıyıq. Əlimizdə hər hansı məlumat olarsa istintaqa verəcəyimizi dedim və həmin məlumatları ictimailəşdirəcəyik”.

AXCP sədrinin müavini dindirmənin uzun çəkməsi ilə bağlı sualın cavabında deyib ki, suallar çox idi.

“Orada müəyyən sənədlər var, müəyyən imza nümunələri götürülür. Sənədin əslinin düzgün olub-olmamasına baxırdım. Həm tanış olmaq, həm də ifadə vermək uzun müddət çəkdi”.

Gözəl Bayramlı dindirmə zamanı hər hansı təzyiqə məruz qalmadığını bildlrirb.

“Dindirmə normal keçdi. Bir mərhələdə baş ədliyyə müşaviri (adını, soyadını deməyib) də dindirmədə iştirak etdi”.

O, cinayət işinin qaldırılmasının səbəbləri barədə danışarkən deyib ki, Milli Şuranın 8 aprel mitinqi öncəsi iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov AXCP sədri Əli Kərimlini korrupsiyada ittiham edib, ona qarşı cinayət işinin açılmasını təklif edib.

“Mən ifadələrimdə də qeyd etdim, istintaqda gördüklərim də onu deyir ki, ümuniyyətlə bu işin AXCP-yə aidiyyatı yoxdur. Sadəcə olaraq, mənə elə gəlir ki, AXCP-yə qarşı davam edən təzyiqlər, təqiblər fonunda bunu da gündəliyə gətirdilər. İndiyədək AXCP-yə qarşı çox ittihamlar olub. Təbii ki, bu ittiham da keçərli deyil”, o qedy edib.

Bu gün saat 14.30-dan AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da prokurorluqda dindirilir.

Aprelin 21-də isə AXCP sədri Əli Kərimli prokurorluğa dəvət edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna qoşunları Xarkiv şəhərini geri alıb
please wait

No media source currently available

0:00 0:08:43 0:00
XS
SM
MD
LG