Accessibility links

İtaliyanın iki regionu daha çox muxtariyyət tələb edir


İspaniyanın separatçı Kataloniya regionunda iğtişaşın baş verdiyi bir vaxtda, bazar günü İtaliyanın iki zəngin regionunda insanlar Romadan daha çox muxtariyyət əldə etmək lehinə səs verib.

Referendumlar turistlərin çox olduğu Venesiyanın yerləşdiyi şimali Veneto regionu, eləcə də Milan şəhərinin yerləşdiyi bir digər şimal region Lombardiyada keçirilib.

“Məncə bu səsvermənin heç bir dəyəri yoxdur, çünki bizim konstitusiya onsuz da regionlara hökümətdən daha çox muxtariyyət tələb etmək haqqını tanıyır”, deyə Milan sakini Çiara Palomba bildirib.

Hər iki ərazinin prezidenti səsvermədə iştirak edənlərin 90 faizindən çoxunun muxtariyyət lehinə səs verdiyini deyir.

“Mən nəticəyə görə çox sevinirəm və indi qarşımda çox mühüm öhdəliyin olduğunu dərk edirəm. Bu isə Lombardiya xalqının arzusunu yerinə yetirmək, yəni Romaya gedib daha çox səlahiyyət və vəsait əldə etməkdir”, deyə italiyanın Lombardiya regionunun prezidenti Roberto Maroni bildirib.

Hər iki referendumun nəticələri qeyri-məcburidir.

Bu iki regionun liderləri daha vergi gəlirlərinin daha çox hissəsini saxlamaq və təhsil, immiqrasiya, təhlükəsizlik, ətraf mühit kimi məsələlərdə daha çox söz sahibi olmaq istəyirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG