Accessibility links

İqtsadi böhran içərisində olan Venesiya böyük çətinliklərlə üzləşir


İqtsadi böhran içərisində olan Venesiya böyük çətinliklərlə üzləşir
please wait

No media source currently available

0:00 0:01:46 0:00

İtaliyanın ən populyar turist məkanı olan Venesiya yavaş-yavaş normal həyatına qayıtmağa başlayır. Gözəl kanalları və meydançalarının artıq iki aydır ziyarətçi görmədiyi şəhər iqtsadi cəhətdən bərpa olunmaq üçün çox böyük çətinliklərlə üzləşir.

İtaliyanın digər regionları kimi Venesiya da iki aydan çox təcrid vəziyyətində idi. İstifadə olunmayan gondolalar boş kanalların sahilinə düzülmüşdü. Hakimiyyət yaxın vaxtlarda məhdudiyyətləri yüngülləşdirməyə başlayanda, boş qalmış Müqəddəs Mark Meydanında yalnız bir qrup polis zabiti və bir neçə Venesiya sakinini görmək olardı.

Adətən dünyanın hər yerindən gələn turistlərlə dolu populyar kafelər boş və cansız görünür.

Məşhur Murano şüşəsi və geyim mağazaları indi ictimaiyyətə yenidən açılır. Həftələrdir su üzərindəki bu şəhərin dar xiyabanlarında göyərçinlərdən başqa kimsə yox idi. Bəzən kimsə itini və ya arabada uşağını gəzdirirdi.

Fotoqraf Roberto son vaxtlar işsiz qalıb. Onun bəzən insanları daşıdığı kiçik bir qayığı da var. Lakin o, həmin qayıqla da heç bir iş görə bilməyib. O deyir ki, ən azı uzun müddətdir çirklənən şəhər indi daha təmizdir. "İlk hiss etdiyim şey burnumun təmizlənməsi idi. Məndə allergiya var və bu bölgə - Venesiya və yaxınlıqdakı ərazilərinn havası çox çirkli idi və dərhal burnumun hər iki tərəfi ilə nəfəs ala bildim."

Təcrid zamanı yalnız bərələr fəaliyyət göstərməyə davam edirdi, lakin onlar da boş idi. Venesiyanın boş qalan dəmiryol stansiyası əvvəlcə yalnız şəhərə gələn italiyalıları qarşılayacaq. Bağlı restoran və otellər sosial məsafə qaydaları ilə yenidən açılacaq.

Venesiyalılar çoxdandır turistlərin onları öz şəhərlərindən uzaqlaşdırdığından şikayət edirdi, ancaq koronavirus pandemiyasının bunu dəyişdiyi kimi görünür.

Venesiya hər il milyonlarla turistin ziyarət etdiyi muzey şəhəri olub. Lakin indi insanlar turistlərin nə vaxt geri dönəcəyi ilə maraqlanır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG